Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Daxili işlər orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

APA bu xəbəri Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Xəbərdə vurğulanır ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakinləri İmran Ağarızayevin və Alim Zəkiyevin evində odlu silah-sursat gizlətdiyi müəyyən edilib.

Buna da bax: Nardaran sakinləri baş verən hadisələri bu cür izah edirlər

Polis onların həyərindən “Kalaşnikov” markalı avtomat, 100-dən çox patron və avtomat daraqları tapıldığını deyir.

Məlumatda deyilir ki, nazirliyin rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı dəfələrlə evlərdə saxlanılan qanunsuz silah və sursatın könüllü olaraq təhvil verilməsi tələb edilib. Bildirilib ki, qəsəbənin ayrı-ayrı sakinlərində odlu silahın mövcudluğu barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub.

Buna da bax: Nardaran olayının kökündə nə dayanır?- [Şərhlər]

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov vəonun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncəaltında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG