Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23

Mülkigeyimli videoçəkənlər...


-

1 sentyabr… Bakı Ağır Cinayətlər məhkəməsinin önü…

Bir nəfər əlindəki mobil telefonla çəkiliş edir. İlk baxışda burda qeyri-adi heç nə yoxdur. Lakin telefonun obyektivinə tuş gələnlərin “O adam kimdir və bizi niyə çəkir” sualı olmasaydı…

Bu şəxs öz telefonu ilə nəyi və kimləri çəkir? Bu görüntülər ona nə üçün lazımdır? Məhkəmə önündəkilər və jurnalistlər həmin şəxsi sual atəşinə tutur. Sualların çoxluğundan çaş-baş qalan həmin şəxs görüntüləri silməklə xilas olmağa çalışır.

O, sentyabrın 1-də araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsinə gələnləri çəkirdi. Ən maraqlısı odur ki, məhkəmə qarşısında onun kimiləri az deyil. Hər addım başında onlara rast gəlmək olur.

Bəs, onlar kimdir və bura niyə gəliblər? Jurnalist soruşur:

- Siz kimsiniz, özünüzü təqdim edin. Məhkəməyə gələn adamları niyə çəkirsiniz?

- Mən elə-belə, özüm üçün çəkirəm.

- Elə-belə niyə çəkirsiniz?

Mülki geyimlilər təkcə video çəkmir və ya söhbətlərə qulaq müsafiri olmur. Onların həm də kimisə sorğu-sualsız polis maşınına basıb, aparmasına şahid olmaq olar.

Jurnalist suallarına cavab tapa bilmir.

İctimai fəallar və jurnalistlər arasında bu şəxslər mülki geyimli polislər kimi tanınır. Onları təkcə məhkəmə önündə yox, həm də aksiyalarda tez-tez görmək olar…

Mülkigeyimli şəxs də devalvasiya əleyhinə aksiyada müxalifətçinin həbsində iştirak edir, Bakı, 28 fevral 2015

Mülkigeyimli şəxs də devalvasiya əleyhinə aksiyada müxalifətçinin həbsində iştirak edir, Bakı, 28 fevral 2015

Mülki geyimlilər təkcə video çəkmir və ya söhbətlərə qulaq müsafiri olmur.

Onların həm də kimisə sorğu-sualsız polis maşınına basıb, aparmasına şahid olmaq olar.

AzadlıqRadiosu mülkü geyimlilər haqda əvvəllər də bir neçə dəfə reportaj hazırlayıb. Reportajlarda Daxili İşlər Nazirliyinin sözcüsü bildirib ki, polis əməkdaşının mülki geyimdə kütləvi tədbirə çıxması qanunazidd hesab oluna bilməz.

Müəyyən tədbirlər zamanı adətən terror, təxribat hallarının qarşısını almaq üçün mülki geyimdə polis əməkdaşlarından istifadə olunur...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG