Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

►İşdən qovulan polis məhkəməyə müraciət edib

"Kommersant" yazır ki, Moskvada "icazəsiz mitinqin dayandırılması üçün tədbir görməkdən" imtina etdiyinə görə xidmətdən azad edilmiş keçmiş polis Fyodor Obyedkov öz keçmiş rəislərini məhkəməyə verib.

İşdən qovulması barədə qərarın ləğv edilməsini tələb edən Obyedkov mitinqin dağıdılması barədə əmri də qanunsuz sayır.

Obyedkovun sözlərinə görə, 2015-ci ilin avqustunda o, "ictmai asayişi qorumaq" üçün "Drujba" parkına gəlib. Parkda idman kompleksinin tikintisinə qarşı etiraz aksiyası keçirilirmiş.

Daha sonra parka polis polkovniki gəlib və insanları polis maşınına "yükləməyi" əmr edib. Obyedkov bunun üçün hüquqi əsasın olub-olmadığını sorğulayıb və yerli sakinləri saxlamaqdan imtina edib.

Keçmiş polis nəfəri bu hərəkətini belə izah edir ki, parkda ictimai asayişin pozulması yox idi. "İnsanlar içki içmirdilər, siqaret çəkmirdilər, ərazidən ayaqyolu kimi istifadə etmirdilər, şüar qışqırmırdılar, əllərində plakatları yox idi," - Obyedkov deyir.

Oktyabrın 28-də Obyedkovu "xidməti intizamı dəfələrlə pozduğuna görə" işdən azad ediblər.

Keçmiş polis nəfərinin vəkili İvan Manyukin Azadlıq Radiosuna deyib ki, Obyedkovun rəisləri "xidməti intizamın pozulması" barədə raportun niyə təkcə onun barəsində tərtib olunduğunu izah edə bilməyiblər.

Belə ki, digər polis əməkdaşları da "Drujba" parkında insanları saxlamaqdan imtina ediblər. Bundan başqa rəislərdən həmin polkovnikin hansı əsasla yerli sakinləri polis maşınına "yükləmək" əmri verdiyi də soruşulub, ancaq sual cavabsız qalıb.

Buna da bax: Gənclər həbsdə qaldı

____________________________________________________________

Bunlara da bax:
"Bayram Məmmədov işgəncə izlərini göstərdi"- [Video]
Azərbaycan təyyarəsi maneəyə dəyib- [Yenilənib]

____________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG