Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

Mingəçevir polisindəki ölüm işi - əməliyyat müvəkkilinə 4 il cəza


Bəhruz Hacıyev

Bəhruz Hacıyev

►Sabiq əməliyyat müvəkkili məhkəmədə ifadəsində özünü təqsirli bilməyib

Mingəçevir Şəhər Polis Şöbəsində 27 yaşlı Bəhruz Hacıyevin müəmmalı şəraitdə dünyasını dəyişməsi və bu hadisədən sonrakı etiraz aksiyalarının bir ili tamam oldu.

Elə bu ərəfədə sözügedən ölüm işi üzrə məhkəmə prosesi də yekunlaşıb.

Bəhruz Hacıyevin ölümünə görə məsuliyyətə cəlb olunmuş polis baş-leytenantı Şahlar Şahlarzadəyə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 4 il iş verilib.

ÖZÜNÜ TƏQSİRLİ BİLMİR

Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili olmuş Şahlar Şahlarzadəyə CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülmüşdü. Məhkəmə 125-ci maddə ilə ona bəraət verib.

Digər ittiham isə CM-nin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub. Bu, ehtiyatsızlıqdan törədilmiş əməl hesab olunub. Ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə cəza beş ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Buna da bax: "Lazım olsa oğlumu 10 dəfə qəbirdən çıxartdıracam"- [Video]

Sabiq əməliyyat müvəkkili məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, Bəhruz Hacıyevi şübhəli şəxs kimi saxlayıb şöbəyə gətirib və öz otağına salıb.

Bildirdiyinə görə, hal şahidlərini çağırmaq üçün bir neçə saniyəlik otaqdan çıxıb və geri qayıdanda Bəhruz Hacıyevin özünü pəncərədən atdığını görüb. Heç bir qanun pozuntusuna yol vermədiyini deyən Ş.Şahlarzadə qeyd edib ki, B.Hacıyev saxlanılarkən, həmçinin polis şöbəsində ona təzyiq göstərilməyib.

Mərhum B.Hacıyevin atası Dilsuz Hacıyev isə məhkəmədə zərərçəkmiş kimi ifadəsində deyib ki, oğlunun intihar etdiyinə inanmır, əmindir ki, onu döyüb öldürüblər. Oğlunun bədənində işgəncə əlamətlərinin, o cümlədən elektroşok izlərinin olduğunu deyən D.Hacıyev ekspertizanın rəyindən də narazılıq edib. Bildirib ki, ekspert istintaqın maraqlarına uyğun rəy verib və həqiqəti gizlədib.

PROKURORLUQ PROTEST VERİB

Məhkəmə istintaqı başa çatandan sonra dövlət ittihamçısı Ş.Şahlarzadənin təqsirinin sübuta yetirildiyini bildirib və ona 7 il həbs cəzası istəyib.

Məhkəmənin öz hökmündə maddələrdən biri üzrə bəraət verib, digər ittihamı da dəyişməsi və sabiq əməliyyat müvəkkilinə məntəqə tipli müəssisədə dörd il cəza verməsi prokurorluğu narazı salıb. Prokurorluq hökmdən protoest verib.

Bəhruz Hacıyev avqustun 20-də Mingəçevir şəhər Polis İdarəsində dünyasını dəyişib. Polisin rəsmi məlumatında onun özünü idarənin pəncərəsindən atıb intihar etdiyi bildirilib. Yaxınları isə intihar barədə deyilənləri qəbul etməyib. Avqustun 22-də B. Hacıyevin dəfnindən sonra Mingəçevirdə onun ölümünə etiraz mitinqi keçirilib. Həmin mitinqdə iştiraka görə 22 nəfər saxlanılıb, onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası alıb.

Buna da bax: Polis etirazçılara qarşı güc tətbiq edir

Etirazçılara qarşı polis zorakılığı (Mingəçevir)

Günün bütün mövzuları

XS
SM
MD
LG