Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, polis şöbəsinin təcridxanasında saxlanılan 50 yaşlı Vaqif Muradov noyabrın 17-si səhər qollarını doğrayıb. V.Muradov çoxlu qan itirdiyindən vəfat edib.

Xəbərdə qeyd edilir ki, V.Muradov zorlamada ittiham edilib. Onu Sabirabad rayon Polis Şöbəsi saxlayıb. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan, V.Muradov Şirvan rayon Polis Şöbəsinə gətirilibmiş.

Faktla bağlı Şirvan rayon Prokurorluğu araşdırma aparır.

Mərhumun qohumları və ya vəkillərinin bu məsələyə münasibəti, hələlik, bəlli deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG