Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:42

Polis deyir, saxladığı şəxs intihar edib


İllüstrasiya
İllüstrasiya

-

Balakən polisinin şübhəli şəxs qismində saxladığı şəxsin ölüm xəbəri yayılıb.

Polisin məlumatına görə, hadisə fevralın 4-də Balakən rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb, xəstəxanada müalicə alan Katex kənd sakini Əziz Əhmədov özünü 3-cü mərtəbədən atıb, hadisə yerindəcə keçinib.

Hüquq mühafizə qurumlarının məlumatına görə, Ə. Əhmədov bir neçə gün əvvəl Katex kəndində vətəndaşların mülklərini yandırmaqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Polis İdarəsinin bilgisinə görə, Ə.Əhmədov şöbədə kəsici alətlə özünə xəsarət yetirməklə intihara cəhd edib. Ancaq onun bu cəhdinin qarşısı alınıb

Hazırda polis və prokurorluq əməkdaşlarının hadisə yerində araşdırma apardığı bildirilir. Faktla bağlı Balakən Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

İntihar edənin vəkil və yaxınlarının olayla bağlı hər hansı açıqlaması ictimaiyyətə bəlli deyil.

Buna da bax: "Mənim oğlum polis idarəsində intihar etməyib, öldürülüb"

XS
SM
MD
LG