Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

AXCP fəalı oğlunun polis idarəsinin zirzəmisində saxlandığını deyir


Arxiv fotosu
Arxiv fotosu

AXCP fəalı Namiq Sadıqlı oğlu Elvin Sadıqlının avqustun 12-də tutularaq 2 gün Salyan rayon Polis İdarəsinin zirzəmisində saxlandığını bildirir. Namiq Sadıqlı oğlunun inzibati qaydada 200 manat cərimələndiyini deyir:

“Yalnız bu gün (15 avqust) Elvini İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polisə müqavimət) təqsirləndirib cərimələdilər. Elvin 200 manat cərimə ödəməlidir”.

Namiq Sadıqlı hesab edir ki, kiçik sahibkarlıqla məşğul olan oğlu əslində ona görə, yəni atasının müxalifət fəalı olmasına görə cəzalandırılır.

Namiq Sadıqlının dediklərinə Salyan Rayon Polis İdarəsindən, hələlik münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG