Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:43

Azərbaycanlı və gürcü namizədlər canlı yayımda dalaşdı- [Video]


*Youtube Kanalımızda hər gün yeni və maraqlı videolar olur - Kanala abunə olun və izləyin

Gürcüstanda canlı yayım vaxtı deputatlığa namizədlər arasında əlbəyaxa dava düşüb.

“Tvemo Kartli” televiziya kanalında keçirilən sekiqabağı debat zamanı “Topadze-sənayeçilər, Bizim vətən” blokundan olan namizəd Polad Xalikov, “Demokratik hərəkat” partiyasından olan rəqibi Vepkhia Gurgenishvilini "alçaq" adlandırıb və bundan sonra tərəflər arasında yumruq davası düşüb.

Onları ayırmaq üçün televiziya kanalının əməkdaşları və cangüdənlər işə qarışmalı olub.

Polad Xaikov əsasən azərbaycanlıların yaşadığı Marneulu regionunu təmsil edir.

“Topadze-sənayeçilər, Bizim vətən” bloku məhz, oktyabrın 8-də keçiriləcək seçkilər üçün yaradılıb.

Bu bloka “Gürcü arzusu” koalisiyasından çıxmış 2 partiya-deputat Gogi Topadzenin “Sənaye Gürcüstanı xilas edəcək” və Zviad Citishvilinin “Bizim vətən” partiyaları daxildir.

Citishvilinin Rusiyada biznesi və ikili vətəndaşlığı var.

Onun seçkiqabağı vədlərindən biri ikili vətəndaşlıq istəyən Gürcüstan vətəndaşlarına Rusiya pasportu verməkdir.

Bu partiya, “Milli hərəkat” partiyasının ofisi qarşısında bir neçə dəfə etiraz aksiyası keçirib, keçmiş prezident Mikheil Saakashvilinin müqəvvasını yandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG