Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

'Pokeman Go' ilə bağlı daha bir qadağa


Qısa vaxtda dünyanın müxtəlif ölkələrində populyarlaşan «Pokeman Go» oyununa daha bir qadağa gəlir.

Bu haqda Nyu-York ştatının qubernatoru Andrew Cuomo məlumat verib.

Qubernator deyib ki, zorlama və pedofilliyə görə məhkum olunub sonradan azadlığa çıxanlara bu oyun qadağan ediləcək. Qadağa bir müddət sonra qüvvəyə minəcək.

Yaponiyanın «Nintendo» şirkətinin oyunu «Pokemon Go» bütün dünyada ajiotaja səbəb olub. Həm virtual, həm də real dünyanı ehtiva edən bu əlavədə pokemonları axtarıb tutmaq lazımdır. Pokemonlar xəyali varlıqlardır, «fövqəltəbii qabiliyyətləri» var.Oyunun populyarlığının sirri onun virtual və real dünyaları birləşdirməsi, başqa oyunçularla yarışmaq imkanı və hərəkətlilikdir.

Əlavənin köməyi ilə tutulmuş pokemonları sonradan başqa oyunçularla döyüşlərdə istifadə etmək, onları dəyiş-düyüş etmək də olar. Oyun real dünyanın smartfon kamerası vasitəsilə əldə olunmuş şəkillərinin üzərinə virtual obyektlər yerləşdirir. İstifadəçi əlavədəki virtual xəritə üzrə real marşrutla hərəkət edir. Xəritə pokemonların harada gizlənmiş olduğunu göstərir.

«Pokemon GO» iOS və Android əməliyyat sistemləri ilə çalışan smartfonlarda işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG