Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Naxçıvanda “Plov” və “Yallı” festivalları keçiriləcək


arxiv foto

arxiv foto

Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festivalda milli mətbəxin incisi olan plov nümunələri nümayiş etdiriləcək, qədim yallılar ifa olunacaq.
“Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaqlar.
Bu gün muxtar respublikada 40-dan çox yallı oynanılır.
Ölkədə plovun 200-dən çox növü var.
Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaq.

XS
SM
MD
LG