Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07

Yaponiya alimləri suyun və başqa sərinləşdirici içkilərin qablaşdırılmasında istifadə olunan butılkaları yeyən bakteriya növünü aşkar ediblər.

“Los Angeles Times” qəzeti yazır ki, Yaponiya alimlərinin bir qrupu suyun və başqa sərinləşdirici içkilərin qablaşdırılmasında istifadə olunan butılkaları yeyən bakteriya növünü aşkar edib.

Science jurnalında dərc olunmuş bu tədqiqat uğurlu olarsa, bütün dünyada ildə 50 milyon ton həcmində istehsal olunan plastik qabın yaratdığı ekoloji problemin həllinə kömək edə bilər.

Plastik butılkalarda və başqa qablarda istifadə edilən material polietilen tereftalet (polyethylene terephthalate) və ya qısaca PET adlanır.

Massaçussetsdəki Woods Hole Okeanoqrafiya İnstitutunun alimi Tracy Mincer deyir ki, PET qablar bütün dünyada böyük ekoloji problemə çevrilir.

Təbiətə tullanmış plastik qablar çürümür

Təbiətə tullanmış plastik qablar çürümür

PET-dən geniş istifadəni onun yüngüllüyü, rəngsizliyi və sınmazlığı şərtləndirir. Lakin materialın daha bir xüsusiyyəti onun mikroblara davamlığıdır. Bu isə o deməkdir ki, təbiətə tullanan bu material faktiki olaraq çürümür.

Məqalədə qeyd olunur ki, bu vaxtadək polietilen üzərində yetişə bilən müəyyən göbələklər məlum olsa da, bu materialı yeyə bilən mikroblar aşkar edilməmişdi.

Lakin Kioto Texnoloji İnstitutu və Keyo Universitetinin alimləri PET tullantıları olan yerlərdən 250-dək nümunə götürmüş və onları mikroskop altında öyrənmişlər.

Onlar burada tapılan bakteriayalardan yalnız birinin PET materialını deqradasiaya uğratdığının şahidi olublar. Alimlər bakteriyanı Ideonella sakainesis adlandırıblar.

Bəs okeanlarda necə?

Laboratoriya araşdırmaları göstərib ki, bu mikroblar PET-in deqradasiyası üçün iki fermentdən istifadə edirlər.

Pet-in üzərinə düşən bakteriya əvvəlcə bir ferment ifraz edir. Bu ferment keçid kimyəvi maddəsini yaradır. Bundan sonra mikrob hüceyrəsinin ikinci fermenti həmin maddəni parçalayır. Bu, bakteriayaya böyüməsi üçün karbon və enerji verir.

Alimlər hesablayıblar ki, Ideonella sakaiensis bakteriyasının bir koloniyası nazik PET zolağını 6 həftə ərzində “əridir”. Lakin bunun üçün temperaturun sabit olaraq 30 dərəcədə saxlanması şərtdir.

Mincer bunu çox yaxşı göstərici hesab edir, lakin o bakteriyadan okeanalarda istifadənin nə dərəcədə mümkün olduğunu bilmədiyini söyləyir. Okean sularında milyonlarla tullantı butılka üzür.

Alim ümid edir ki, PET-i “çürüdən” bakteriyaların axtarışı bundan sonra davam etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG