Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:16

"Domino's" pitsaların çatdırılması üçün robotları sınaqdan keçirəcək


Pizza

Pizza

-

"Domino's" fastfud şirkəti Yeni Zelandiyada pitsaların çatdırılması üçün robotları sınaqdan keçirəcək.

Yeni Zelandiya hökuməti şirkətin bu addımını fəal şəkildə dəstəkləyir. "Domino's" deyir ki, o, özünün dünyada ilk robot birliyini (qısa adı DRU) işə salmaq üçün hökumətlə birgə işləyib.

Avstraliyada yaradılmış dördtəkərli maşın bir metrdən bir qədər qısadır. Onun 10 pitsanı daşıya biləcək qızdırılmış bölməsi var.

Maşın batareyadan qidalanır, maneələrdən yan keçməyə isə ona xüsusi sensorlar kömək edir. "Domino's" deyir ki, bu maşınlar bir batareya yükləməsindən sonra pitsaları dükanın 20 kilometr diapazonunda yerləşən məntəqələrə çatdıra biləcək.

HÖKUMƏT DƏ DƏSTƏK VERİR

Müştərilər sifarişlərini etdikləri zaman onlara verilmiş xüsusi kodu maşının içində pitsa olan xüsusi hissəsinə yerləşdirilmiş düymələr vasitəsilə daxil edərək öz pitsalarını götürə biləcəklər.

"Domino’s" rəsmisi bildirir ki, şirkət DRU-nun bir gün "Domino's" ailəsinin ayrılmaz hissəsi olacağına əmindir.

Sınağın tarixi hələ məlum olmasa da Nəqliyyat Naziri Simon Bridges deyib ki, hökumət bu layihənin işə düşməsində çox maraqlıdır.

Yeni Zelandiya hələ də sürücüsüz nəqliyyat vasitələrinə dair qaydaların üzərində işləyir. DRU həm maşın, həm də piyada yollarında işləmək üçün hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG