Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

Ermənistanın daha bir pilotsuz aparatı məhv edildi


Foto arxiv
Foto arxiv

Ermənistan ordusunun növbəti pilotsuz uçan aparatı məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 9-da yaydığı məlumatda bildirilir.

Məlumata görə aparat dekabrın 9-u saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçmaq istəyərkən vurulub.

Həmin cihazın DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz aparat olduğu bildirilir.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri həmçinin cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlar və iriçaplı pulemyotlar da daxil olmaqla sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozublar.

Ermənistanın Müdafiə Nazirliyi isə Azərbaycan ordusunun Dağlıq Qarabağdakı təmas xəttində sutka ərzində atəşkəs rejimini 180 dəfədən çox pozduğunu bildirir.

Nazirliyin məlumatına görə, Azərbaycan ordusu ilk dəfədir ki, onların mövqelərini tanklardanatəşə tutub.

Məlumatda həmçinin müqavilə ilə xidmət edən hərbçi Garik Avenesyanın snayper gülləsindən öldüyü bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik bu məlumata münasibət bildirməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG