Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Ter-Petrosyan:“Ermənistanı tezliklə iqtisadi fəlakət gözləyir"


Levon Ter-Petrosian

Levon Ter-Petrosian

“Ermənistanı tezliklə real iqtisadi fəlakət gözləyir. Özü də bu dəfə gözəl defolt adı altında”.

Bunu ölkənin ilk prezidenti, hazırda müxalifətdə olan “Ermənistan milli konqresi” partiyasının lideri Levon Ter Petrosyan deyib.

Ermənistanın mərkəzi Bankı isə Petrosyanın bəyanatına cavab olaraq ölkədə belə bir şey gözlənmədiyini bəyan edib.

Mərkəzi Bankın yaydığı bəyanatda deyilir ki, bank heç vaxt ictimaiyyət arasında şişirdilmiş, mətbuatda gedən qeyri-peşəkar və əsassız qiymətləndirmələrə reaksiya vermir.

Amma nəzərə alanda ki, bu narahatlığı açıq şəkildə Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan bildirib, istisna olaraq hörmətli 1-ci prezidentin bəyanatına münasibət bildirmək istəyirik:

“Belə halda defolt o deməkdir ki, dövlət borc öhtəliklərini vaxtında yerinə yetirə bilmir. Ermənistan respublikası isə borc öhtəliklərini həmişə heç bir maneəsiz yerinə yetirib və yetirməkdədir. Və gələcəkdə bu sahədə elə bir risk gözlənilmir. Bundan başqa göstəricilər (borcvə valyuta bazarında sabitlik, ödəniş balansının yaxşılaşdırılması, daxili və xarici bazarlarda dövlət istiqrazlarının dövriyyəsinin artması, faiz dərəcələrinin azaldılması) ölkənin gələcəkdə kifayyət qədər kredit qabiliyyətli olmasından xəbər verir”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG