Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:45

'Petkim'in qazancı artıb


SOCAR
SOCAR

Bu ilin 2-ci rübündə «Petkim»inmənfəəti 373 milyon türk lirəsi olub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə qazancın 63 faiz artması deməkdir.

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, şirkətin bununla yanaşı, İstanbul Birjasında səhmləri də bu il ərzində 55 faiz dəyər qazanıb: «Türkiyədə baş verən 15 iyul hadisələri zamanı da şirkətin səhmlərinin ciddi dəyər itirməyəcəyini bildirmişdik. Bu gün bu təxminlərin özünü doğrultduğunu müşahidə edirik».

«Petkim»in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

«Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

Hazırda «Petkim»in nəzdində bir sıra neft-kimya məhsulları istehsal edən fabriklər fəaliyyət göstərir.

XS
SM
MD
LG