Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:10

Putinin sözçüsünün 7 milyon dollarlıq villası


Dmitry Peskov və Tatiana Navka
Dmitry Peskov və Tatiana Navka

Rusiya müxalifətinin lideri və korrupsiya qənimi Aleksei Navalny sentyabrın 17-də yazdığı bloqa bu dəbdəbəli evin şəkillərini də əlavə edib

Kremlin sözçüsü Dmitry Peskov ötən həftələrdə bahalı qol saatı və dəbdəbəli yaxtada keçirdiyi bal ayı ilə gündəmə gəlmişdi. İndi müxalifətçi Navalny onun bahalı villasından danışır.

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Peskov lap bu yaxınlarda qolundakı saatın 600 min dollar olması barədə iddialarla müxalifətin tənqidinə tuş olmuşdu. Saat söhbəti yaddan çıxmamış Kreml sözçüsünün bal ayını bir həftəsinin kirayəsi 350 min avro olan yaxtada keçirdiyi barədə söhbətlər dillərə düşdü.

İndi isə Rusiya müxalifəti prezident Putinin “danışan dili”nin Moskva ətrafında təxmini qiyməti 7, 1 milyon dollar olan 780 kvadrat metrlik evindən danışır.

Rublevskoye şosesində Peskovun olduğu iddia edilən ev
Rublevskoye şosesində Peskovun olduğu iddia edilən ev

Rusiya müxalifətinin lideri və korrupsiya qənimi Aleksei Navalny sentyabrın 17-də yazdığı bloqa bu dəbdəbəli evin şəkillərini də əlavə edib.

Navalny-nın yazdığına görə evi Peskovun yenicə evləndiyi fiqurlu konkisürən Tatiana Navka bu günlərdə alıb.

Navalny ehtimal edir ki, evi rəsmən keçmiş Olimpiya çempionu alsa da, pulu Kreml sözçüsündən çatıb.

Müxalifət lideri bunu “hökumət məmurlarının sevimli sxemi” adlandırır.

“Dələduzlar və oğrular partiyası”

Peskov hələlik bu iddialara heç bir cavab verməyib, onun təzə xanımı Navka isə “Qovorit Moskva” radiosuna şərh verməkdən imtina etsə də, Navalny-nı “manyak” adlandırmağa macal tapıb.

Navalny Putinin hakim Vahid Rusiya Partiyasını "dələduzlar və oğrular partiyası" adlandırır
Navalny Putinin hakim Vahid Rusiya Partiyasını "dələduzlar və oğrular partiyası" adlandırır

Navalny və onun müttəfiqləri evin yerini onun fotosundakı geo-tag-dən müəyyən ediblər. Fotonun özünü isə İnstagrama Peskovun qızı yükləyib.

Bundan sonra hökumətin mülkiyyət fondu qeydiyyatından bu ev üçün pulun Navka tərəfindən ödəndiyi aydın olub.

Öz bloqunda Navalny Peskovun daim korrupsiyaya ilə mübarizədən dəm vurmasını yada salır.

Kremlə öz ittihamları ilə “qan udduran” müxalifətçi, Putinin hakim Vahid Rusiya Partiyasını “dələduzlar və oğrular partiyası” adlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG