Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

Avqustun 18-i, günün ikinci yarısında keçmişməhbus, gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli polis bölməsindən sərbəst buraxılıb. Bunu "Turan" informasiya agentliyinə jurnalistin vəkili Bəhruz Bayramov bildirib.

P.Həşimli günorta saatlarında Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılmışdı. Səbəb keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü ilə baş verən insident göstərilirdi. Jurnalist sürücünün fiziki zorakılığına məruz qaldığını bildirmişdi.

Vəkilin deməsinə görə, polis bölməsində həm jurnalistin, həm də qarşı tərəf kimi Hilal Əsədovun sürücüsü və həyat yoldaşının izahatı alınıb. Onların üçü də izahat alındıqdan sonrasərbəst buraxılıb.

Vəkil insidentin səbəbləri haqda deyib ki, P.Həşimli baş redaktoru olduğu gününsəsi.info saytında keçmiş milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova barədə xəbər yayılıb.

Bunlara da baxın:
- Həbslərlə nəyə nail olmaq istəyirlər?
- NİDA Elgiz Qəhrəmanın həyatından narahatdır
- ABŞ-ın BMT-dəki səfirindən Azərbaycana çağırış


“Sytda N.Əsədovanın Bakı şəhərindəki 14 saylı poliklinikanın baş həkimi vəzifəsindən azad edilməsi ilə bağlı yazı dərc edib. Bu gün (avqustun 18-də)Hilal Əsədovun xanımı və sürücüsüPərviz Həşimlini məqalə ilə bağlı sorğu-sual ediblər. Həşimli xanımdan saytda dərc edilmiş yazıya cavab yazmasını xahiş edir. Jurnalist özünə qarşı təxribat olacağını güman edərək baş verənləri mobil telefonu vasitəsi ilə çəkir. Bu zaman Nüşabə Əsədovanın sürücüsü Həşimliyə hücum edir və telefonu ondan almağa cəhd edir.

Beləliklə, insident yaranıb və polislər jurnalisti Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətiriblər. Mobil telefon da polisdədir. Bütün baş verənlərin mobil telefona çəkilməsinə baxmayaraq, polis hadisənin şahidi olmayan 14 saylı poliklinikanın işçilərini dindirir”, deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı, hələlik, keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun xanımı və sürücüsünün mövqeyiaçıqlanmayıb.
Tiranın xəbərində qeyd edilir ki, onların da mövqelərinin öyrənilməsinə çalışılır.

Pərviz Həşimli 2014-cü ildə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalist ittihamları rədd edir və keçmiş MTN-in vəzifəli şəxslərinin sifarişi ilə həbs olunduğunu bildirirdi.

Onu 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər.

Pərviz Həşimlibu ilin martında ölkə başçısının imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG