Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

Pələngin şəklini çəkmək istəyən qızın aqibəti


İllüstrasiya
İllüstrasiya

►"Bu, səfehlik və xuliqanlıqdır"

Rusiyanın Barnaul şəhərində heyvanxanada saxlanan pələng bazar günü 13 yaşlı məktəbli qıza hücum edib.

Qız rəfiqəsi ilə birlikdə heyvanxananın qapalı ərazisinə daxil olaraq yıtrıcı heyvanın diqqətini cəlb etmək üçün onun qəfəsini döyəcləməyə başlayıb.

Pələng əvvəlcə qızın gödəkçəsindən, sonra da ayağından yapışaraq onu özünə tərəf çəkməyə başlayıb, ancaq qəfəsin dəmirlərinın arası dar olduğundan qızı dartıb içəri sala bilməyib.

Ancaq uşağın ayaq əzələləri parçalanıb və onu xəstəxanaya yerləşdiriblər. Həkimlər onu əməliyyat etdikdən sonra vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Pələngin hücumuna məruz qalmış məktəbli qızlar qadağan olunmuş qapalı əraziyə daxil olmalarının səbəbini açıqlayarkən deyiblər ki, onlar heyvanlarla şəkil çəkdirmək istəyirmişlər.

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

Bildirilir ki, müstəntiqlər kənar şəxslərin qapalı əraziyə daxil olmasına imkan vermiş heyvanxana əməkdaşlarının dindirilməsini davam etdirirlər.

Bu arada hadisənin şahidləri sosial şəbəkələrdə yazırlar ki, zooparka daxil olmuş uşaqlar sərxoş vəziyyətdə olublar. Pələngin qızın ayağını 40 dəqiqəyə yaxın müddətdə gəmirdiyini də yazırlar.

Rusiyanın Uşaq Ombudsmanı Pavel Astaxovun fikrincə, bu vəziyyətə düşdüklərinə görə uşaqların özləri günahkardır. O deyib ki, bu, "səfehlik və xuliqanlıqdır".

Buna da bax: Pandaların dərman etirazı

Pandaların dərman etirazı (Rus dilində)
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

XS
SM
MD
LG