Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:20

Rusiya olimpiadaya buraxılmaya bilər


Maria Sharapova
Maria Sharapova

►Beynəlxalq Olimpiya Komitəsi: Rusiyanın bütün idmançılarını 2016-cı ilin Olimpiya oyunlarından kənarlaşdırıla bilər

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bach deyib ki, rusiyalı idmançıların Rio de Janeyro olimpiadasında iştirakı WADA-nın araşdırmalarının nəticələrindən asılıdır.

Thomas Bach bildirib ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyada dopinqdən sistemli istifadə faktını sübuta yetirərsə, bu ölkənin bütün idmançıları Rio de Janeyro olimpiadasında iştirakdan kənarlaşdırıla bilər.

"Əgər bir neçə idman növünü əhatə edən mütəşəkkil ...dopinq sisteminin mövcudluğu sübuta yetirilərsə, onda beynəlxalq federasiyalar və BOK kollektiv və fərdi məsuliyyətlə bağlı çətin qərar qəbul etməlidirlər," Frankfurter Allgemeine Zeitung Bachdan sitat gətirir.

Qeyd edək ki, beynəlxalq yüngül atletika federasiyaları assosiasiyası artıq Rusiyanın yüngül atletika yığmasına Rio olimpiadasında iştirak etməyi qadağan edib.

Rusiyalı idmançıların qadağan olunmuş meldonium preparatından istifadə etməsi ilə bağlı qalmaqal mart ayından bəri davam edir.

Bundan əvvəl WADA bildirmişdi ki, yanvarın 1-dən bəri meldonium rusiyalı idmançıların keçdiyi 150 dopinq yoxlaması zamanı aşkar olunub. Həmin idmançılar arasında tenisçi Mariya Şarapova, üzgüçü Yuliya Yefimova və konkisürən Pavel Kulijnikovun da adları var.

XS
SM
MD
LG