Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

«Pegasus» hava yolları şirkəti Qəbələ reyslərini gəlirli olmadığından bağlayıb. Bunu AzadlıqRadiosuna şirkətin biznes inkişafı departamentinin direktoru Ozan Ortaç bildirib.

Onun sözlərinə görə, «Pegasus»un Qəbələ reysləri gözlənən nəticəni verməyib, uçuşlar gəlirli olmayıb. Şirkət də zərər etməsin deyə, reysləri bağlamaq qərarına gəlib.

Şirkət bu ilin (2016) oktyabrından başlayaraq, Azərbaycana uçuşlarını dayandırıb.

Türkiyənin azbüdcəli uçuşlarıyla tanınan «Pegasus» şirkəti bu ilin martından həftədə 3 dəfə İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirirdi.

Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı.

«Pegasus»un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG