Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

'Pegasus' Azərbaycana uçuşları dayandırıb


Türkiyənin “Pegasus” hava yolları şirkətinin təyyarələri
Türkiyənin “Pegasus” hava yolları şirkətinin təyyarələri

Bu xəbəri nə təsdiq, nə də inkar edən şirkət yazılı açıqlamanı gözləməyi məsləhət görüb...

Türkiyənin İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirən “Pegasus” hava yolları şirkəti bu ilin (2016) oktyabrından başlayaraq, Azərbaycana uçuşlarını dayandırıb.

Buna da bax:​ Bakıdan İstanbula yeni aviareys açılır

“Pegasus”un saytında bu reyslərlə bağlı uçuşlar əksini tapmayıb.

Şirkətin Azərbaycandakı satış bürosundan uçuşların dayandırılmasını AzadlıqRadiosu-na təsdiqləsələr də, səbəbini açıqlamayıblar.

“Pegasus”un xəbəri nə təsdiq, nə də inkar edən Türkiyədəki ofisinin mətbuat xidməti AzadlıqRadiosu-na yazılı acıqlamanı gözləməyi bildirib.

Buna da bax:​ AZAL bu il yeni təyyarə almayacaq

Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” bu ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı.

“Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG