Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Avropa Olimpiya Komitəsinin prezidenti Braziliyada həbs edildi (VİDEO)


Beynəlxalq Olimpiya Komitəsi-nin irlandiyalı üzvü Patrik Hikki (Patrick Hickey) həbs edilib.

Bu barədə avqustun 17-də Braziliya polisi məlumat yayıb.

“Globo news” televiziyasının məlumatına görə, o Rio-de Janeyroda qaldığı hoteldə həbs edilib.

Polis, 71 yaşlı Patrick Hickey-in olimpiya oyunlarına qanunsuz bilet satışı ilə bağlı beynəlxalq sxemdə əli olması barədə dəlillər aşkar edildiyini bildirir.

Söhbət bu biletlərin alverçilərə verilərək daha baha qiymətə satılmasından gedir.

Polis qurumlarından mediaya deyiblər ki, P.Hickey həbs edilərkən qaçmağa da cəhd edib.

President İlham Əliyev 2015-ci ildə onu Azərbaycanın ən ali mükafatlarından olan "Şərəf" ordeni ilə təltif edib.

President İlham Əliyev 2015-ci ildə onu Azərbaycanın ən ali mükafatlarından olan "Şərəf" ordeni ilə təltif edib.

P. Hickey həm də İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Bakıda keçirilən ilk Avropa Oyunlarının da məhz onun ideyası olduğu bildirilirdi. President İlham Əliyev 2015-ci ildə onu Azərbaycanın ən ali mükafatlarından olan "Şərəf" ordeni ilə təltif edib.

Avropa Oyunları 2015-ci ildəiyun 12-dən 28-nə kimiAzərbaycanda keçirilib. Yarışın təşkilat komitəsinə ölkə başçısının xanımı Mühriban Əliyeva rəhbərlik edirdi.

Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də Bakıda yeni inşa edilən Olimpiya Stadionunda baş tutmuşdu. Avropa Oyunlarını rəsmi olaraq prezident İlham Əliyev açıq elan etmişdi. O zaman P. Hickey də yüksək çinlilərin əyləşdiyi lojada idi...

2015 - Avropa Oyunlarının rəsmi büdcəsinin 1.12 milyard dollar olduğu bildirilirdi.

Ancaq ölkə mətbuatı bu yarışlara daha çox pul xərcləndiyi bildirilirdi.

Şərhləri göstər

XS
SM
MD
LG