Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Rusiya patriarxının bəyanatı erməniləri qəzəbləndirib


Patriarx Kirill
Patriarx Kirill

►"Üzr istəmələri tələb olunmalıdır"

Bu günlərdə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril bir rus kanalına müsahibəsində tarixən xristianlara olan basqılardan danışıb.

Amma belə basqıların olmadığı yerlərdən biri kimi Osmanlı Türkiyəsini misal göstərib. "Bəli, orda xristian azlıqlar var idi, amma onları heç kim qırmırdı," deyə o bəyan edib.

Ermənistanda ruhani idarəsinin mətbuat xidmətinin rəhbəri Vahram Melikyan bildirib ki, Rus Pravoslav Kilsəsi onlara məktub yollayılb. Məktubda deyilir ki, onların "erməni soyqırımı" məsələsi ilə bağlı mövqeyi dəyişməz qalır.

Ancaq bu vaxta qədər nə Rus Pravoslav kilsəsinin, nə də Erməni Apostol kilsəsinin saytında açıqlama dərc edilməyib.

Ermənistanda "soyqırım abidəsi"
Ermənistanda "soyqırım abidəsi"

Hakimiyyətdə olan Ermənistan Respublikaçı Partiyasının parlament fraksiyasının rəhbəri Vahram Baqdasaryan rus patriarxının bəyanatı barədə şərh verməkdən imtina edib.

"Daşnaksutyun"un siyasi məsələlər üzrə məsul rəsmisi və "Ay Dat" ofisinin rəhbəri Kiro Manoyansa patriarxın bəyanatını qəbuledilməz sayır.

"Rusiyada çox sayda müsəlman yaşayır, onlar indi azlıqdadırlar, amma bir neçə onillikdən sonra onlar ölkə əhalisinin yarısını təşkil edəcəklər. Düşünürəm ki, bu amil də var. Ancaq onun göstərdiyi bu səylər həqiqəti təhrif etmək bahasına göstərilməməlidir," deyə "Daşnaksutyun" nümayəndəsi bildirib.

Çoxsaylı qətnamələrin və qanun layihələrinin müəllifi olan "İrs" partiyasından olan deputar Zarui Postancyan Rusiya Patriarxının bəyanatını siyasi hesab edir. O deyir ki, bu bəyanat Ankara və Rusiya müsəlmanlarına ünvanlanmış mesajdır.

Postancyan düşünür ki, bəyanata mütləq cavab verilməlidir. "Cavab bizim Katalikos tərəfindən verilməlidir, bizim mənəvi liderimiz buna reaksiya verməlidir. Reaksiya aydın olmalıdır, üzr istəmələrini tələb etmək lazımdır," deyə o bildirib.

Qeyd edək ki, Rusiya 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin qətlini "soyqırım" kimi tanıyıb.

XS
SM
MD
LG