Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:13

«Paşa Bank» ASC qiymətli kağızlar bazarına çıxmağa hazırlaşır
Yaxın vaxtlarda «Paşa Bank» ASC ilk dəfə qiymətli kağızlar bazarına çıxacaq. Bank debütünü istiqrazla edəcək. İnvestorlara 50 milyon manatlıq qiymətli kağız təklif olunur. Bank alıcılara sabit faiz vəd etmir.

Kim az faiz istəsə, ona satılacaq

Məlumatların Açıqlanmasının Elektron Sistemi vasitəsilə bankın təqdim etdiyi emissiya prospektində deyilir ki, hər birinin qiyməti 100 manat olan 500 min ədəd istiqraz buraxılıb. Onun satılması şərti belədir: investor 100 manatdan aşağı, yəni diskont qiymətlə sifariş verir. Amma sifarişin təmin olunub-olunmaması bankdan asılı olacaq. Kim daha aşağı, yəni nominala yaxın qiymət təklif edəcəksə, onun istiqraza sahib olmaq şansı yüksələcək.

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz​

Bir il sonra geri alınacaq

İstiqrazlar bir il müddətinə buraxılır və bu müddət bitəndən sonra nominal qiymətinə geri alınacaq.

Bankın investorları istiqrazları aldıqları halda birjaya komissiya haqqı, broker rüsumu və əldə etdikləri gəlirdən vergi ödəyəcəklər

İlilk bankdır ki...

Azərbaycanda diskont qiymətlə istiqraz buraxmaq təcrübəsi kommersiya şirkətləri arasında yayılmayıb. Bu şərtlə istiqrazları, hələ ki, yalnız Maliyyə Nazirliyi yerləşdirir. Son hərraclarda həmin istiqrazlar üçün investorlara illik 15 faizədək gəlir vəd olunub.

Buna da bax: Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır

Kredit portfeli daralıb, əmanətlər azalıb

Bankın maliyyə durumuna gəlincə, bu il 33 milyon manatadək təmiz mənfəət gözləsə də, ümumi durumürəkaçan deyil. Digər banklardakı problemlər «Paşa Bank»da da yaşanır. Bu il kredit portfelinin ötən ilə nisbətən 18 milyon manat, müştərilərin bankdakı vəsaitlərininsə 133,7 milyon manat azalacağı proqnozlaşdırılır.

«Paşa Bank»ın aktivləri 2 milyard 126 milyon manatdan 1 milyard 903 milyon manata düşəcək. Aktivlər 10,5 faiz azalsa da, əvəzində bank səhmdarlarının kapitalı qazanılan mənfəət hesabına 346 milyondan 388 milyon manata qalxacaq.

Buna da bax: Qızıl mədənlərində Əliyevlərin payı

Qazanılan hər 4 manatın 1-i ehtiyata

«Paşa Bank» ASC bu il 166 milyon manat gəlir əldə etməyi hədəfləyir. Bunun 36 milyonu kreditlərin qayıtmaması ehtimalına görə ehtiyatda saxlanacaq. Ötən il ehtiyatda 65,5 milyon manat saxlanılmışdı. Bankın özünün ödəyəcəyi faizlər, haqq, komissiya və əməliyyat xərcləri 58 milyon manatdan 89 milyon manata qalxacaq.

Akademik Arif Paşayevin bu bankda 33,3 milyon manatı var

«Paşa Bank»ın toplam dəyəri 333 milyon manat olan səhmlərinin mini -33,3 milyon manatlığı Arif Paşayevə məxsusdur. Səhmlərin qalan 6 mini «Paşa Holding» MMC-nin, 3 mini «ADOR» MMC-nin mülkiyyətindədir. Bu banka prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar nəzarət edirlər.
Bankın Gürcüstan və Türkiyədə iki törəmə şirkəti var («Pasha Bank Georgia» və «Paşa Yatırım Bankası»).

Günün bütün mövzuları

XS
SM
MD
LG