Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

-

Milli Məclisin bugünkü iclasında deputatlar Qarabağ cəbhəsində son günlər yaranan gərginliklə bağlı fikirlərini bölüşüblər.

APA-nın xəbərinə görə, Fəzail Ağamalı Azərbaycanın mülki əhalisi arasında itkiləri Ermənistanın təcavüzkar siyasəti kimi izah edib: «Azərbaycan beynəlxalq konvensiyalara söykənərək qəti addımlar atmalı, ultimatum verməlidir. Ermənistan bundan da nəticə çıxarmasa, Azərbaycan ordusu öz sözünü deməlidir».

Elşən Musayev isə deyib ki, xristianlıq faktoru artıq Azərbaycanın əleyhinə işləmir. Ermənistan tamamilə təklənib. O, Türkiyənin baş naziri Ahmet Davutoğlu-nun AŞPA-dakı mövqeyini yüksək qiymətləndirib.

XARİCƏ GEDİB «BAŞ GİRLƏYƏNLƏR»

Deputat Fazil Mustafa isə təhsil adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə «baş girlədiyini» söyləyib: «Türkiyənin bir neçə universitetində 300-dən çox tələbəmiz təhsil alır. Ancaq onların bir çoxu illərlə 5-ci kursu bitirə bilmir. Kimsə soruşmur ki, bala, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Əsgərlikdən yayınmaq üçün xeyli insan bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın».

«AZƏRBAYCAN GƏNCLƏRİ MƏKTUBLARLA MÜRACİƏT EDİRDİLƏR Kİ...»

Sədr Oqtay Əsədov F.Mustafanın çıxışına müdaxilə edib: «Mən bilmirəm nə dərəcədə doğrudur, amma aprelin əvvəlində Azərbaycan gəncləri məktublarla müraciət edirdilər ki, orduya yazılmaq istəyirlər».

Sahib Alıyev isə deyib ki, son günlər Tərtər rayonunda 256 ev dağılıb: «Bu, bir kənd deməkdir. Çox təəssüf ki, Minsk Qrupu həmsədrləri olan ölkələr məsələyə seyrçi qalır. Bu, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Amma Azərbaycan daha çox qan tökülməsini istəmir».

Günün bütün mövzuları

XS
SM
MD
LG