Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:15

Paris paktı adlanan bu sənədə əsasən planetin 2 dərəcədən artıq istiləşməsinə yol verilməməlidir.

Parisdə iqlim dəyişikliyi zirvə toplantısında iki həftə davam edən gərgin danışıqlardan sonra planetin istiləşməsini cilovlayacaq saziş imzalanıb.

Bu tarixi pakt onu imzalamış 200-dək ölkə üçün məcburidir. İndi onlar karbon emissiyalarını əhəmiyyətli həcmdə ixtisar etməli olacaqlar.

Bundan əvvəl sazişə dair təkliflər G77 qrupu tərəfindən razılaşdırılmışdı.

ABŞ prezidenti Barack Obama sazişi salamlayıb və onu “planetimizi xilas etmək üçün ən yaxşı imkan” adlandırıb

Paris paktı adlanan bu sənədə əsasən planetin 2 dərəcədən artıq istiləşməsinə yol verilməməlidir.

ABŞ prezidenti Barack Obama sazişi salamlayıb və onu “planetimizi xilas etmək üçün ən yaxşı imkan” adlandırıb.

Saziş 2020-ci ildə qüvvəyə minəcək.

Sazişdə bu əsrin ikinci yarısında istixana qazlarının kəskin azaldılması, qlobal temperatur artımının 2 dərəcədən aşağı həddə saxlanması, hər beş ildən bir nəticələrin təftiş edilməsi nəzərdə tutulur.

Sazişə görə inkişafda olan ölkələrə iqlim dəyişikliyi layihələrinin icrası üçün ildə 200 milyard dollar vəsait ayrılacaq.

Həm məcburi, həm də yox

Sazişin bəzi müddəaları, məsələn, karbon emissiyasının azaldılması,imza tərəfləri üçün məcburi olacaq.

İqlim fəalları Paris küçələrində

İqlim fəalları Paris küçələrində

Digər tərəfdən emissiyaların ixtisarı üçün qoyulmuş dəqiq hədəflərin icrası icbari xarakter daşımayacaq.

Müşahidəçilər deyirlər ki, 2009-cu il Kopenhagen sammitinin nəticəsiz bitməsinə səbəb də məhz hədəflərin icbariliyi təklifi olmuşdu.

O zaman Çin və Hindistan dəqiq öhdəlik götürmək istəmirdilər və bildirirdilər ki, bu, onların iqtisadi yüksəlişinə əngəl törədə bilər.

Paris danışıqlarında ölkələrə, bir növ “könüllü hədəflər”i müəyyən etmək ixtiyarı verilib.

Elmi qiymətləndirmələr göstərir ki, belə yanaşma, qlobal temperatur artımının yalnız 2, 7 dərəcədə cilovlanmasına imkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG