Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Ötən iyul planetin ən isti ayı olub


Hava məlumatları qeydə alınandan bəri ötən iyul Yer kürəsinin ən isti ayı olub.

Hava məlumatları qeydə alınandan bəri ötən iyul Yer kürəsinin ən isti ayı olub.

Amerika alimlərinin hesablamalarına görə iyul ayında bütün planet üzrə orta hesabla 16, 6 dərəcə hərarət qeydə alınıb.

Bu, 1998-ci ildə iyul ayı üçün qeydə alınmış son rekorddan 0,08 dərəcə çoxdur.

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasından (US National Oceanic and Atmospheric Administration - NOAA) olan ekspertlərin hazırladıqları hesabatda deyilir ki, 2015-ci ilin də ən isti il olacağı gözlənilir.

Hesabata görə 1880-ci ildən bəri qeydə alınmış 10 ən isti ayların doqquzu 2005-ci ildən sonrakı müddətə düşür.

Alimlər bu qənaətədirlər ki, iqlim dəyişikliyi və El Nino fenomeni rekord istiliyin başlıca səbəbləridir.

Britaniyadan alınan xəbərlərdə isə qeyd olunur ki, iyulun 1-də Londonda temperatur rekord 36, 7 dərəcə olub.

İstilik dalğası Avropanın başqa şəhərlərini də bürüyüb. Afrika qitəsində iyul ayı üçün ikinci rekord göstərici qeydə alınıb.

XS
SM
MD
LG