Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

►Səhmdarlar 10 milyon manat artırmaq qərarına gəlsələr də, qapalı üsulla 15 milyon səhm yerləşdiriblər

Bakı Fond Birjası «Parabank» Açıq Səhmdar Cəmiyyətinin 15 milyon manat məbləğində səhm yerləşdirdiyini elan edib.

Maraqlıdır ki, bankın audit hesabatında bildirilir ki, səhmdarlar martın 7-də keçirilən növbədənkənar ümumi toplantıda kapitalın 10 milyon manat həcmində artırılması qərarına gəliblər.

Səhmlərin satın alınması iyulun 15-də baş tutsa da, məlumat bu gün – iyulun 19-da açıqlanıb.

Səhmlər qapalı üsulla yerləşdirilib

Səhmlərin yerləşdirilməsi birjada açıq alış-veriş yolu ilə deyil, qapalı üsulla gerçəkləşib. Hərçənd, iyunun 2-də «Report» xəbər vermişdi ki, yerləşdirmə kütləvi təklif üsulu ilə gerçəkləşdiriləcək.

Başqa bir məlumata görə, səhm buraxılışı qərarını Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun 1-də dövlət reyestrinə daxil edib.

Səhmlər alınıb, yoxsa satılıb?

Bankda AzadlıqRadiosuna səhmləri mövcud səhmdarların alması, yoxsa institusional investora satılması barədə bilgi verilməyib. MBNP mart ayından tam fəaliyyət göstərsə də, ictimaiyyət indiyədək qiymətli kağızların buraxılışlarından məlumatlandırılmayıb.

Buna da bax: Palatadan «Parabank»a sərt cəza

Son səhm buraxılışı «Parabank»ın dövriyyədə olan adi səhmlərinin sayını 221 minə, nizamnamə kapitalını isə 53,2 milyon manata çatdırıb. Kapitalın bir hissəsi (9,6 milyon manat) imtiyazlı səhmlərdir.

Kapitala yönəldilən pullara «yaşıl işıq» yandırılıb?

Mütəxəssislər indiki iqtisadi böhran dönəmində 15 milyon manatlıq kapital artımının mənbələrini dəyərləndirməkdə çətinlik çəkirlər. «Parabank» son illər zərərlə işləyib və ilin əvvəlinə onun zərərləri 2,7 milyon manatı keçirdi. Banka Eldar Quliyev və onun ailə üzvləri nəzarət edirlər.

Fond bazarı təhlilçisi Cəfər İbrahimov AzadlıqRadiosuna deyib ki, bank əməliyyatlarında hərəkət edən pulların mənbəyinə göz qoyulsa da, kapitala yönəldilən pul vəsaitlərinə, demək olar, «yaşıl işiq» yandırılıb. Maraqlıdır ki, bu meyl təkcə Azərbaycanda deyil, 2008-2009-cu illərin dünya maliyyə böhranından bəri Avropa ölkələrində də gözə çarpır:

«Pulların mənşəyinin leqal olub-olmamasına nəzarət nəzərdə tutulmayıb»

«Kapital artırma gedişində bankın səhmdarları və ya investorlar səhm alışına bəzən milyonlarla dollar vəsait yatırırlar. Hazırda Azərbaycan qanunvericiliyi bu pulların mənşəyinin leqal olub-olmamasına nəzarət rejimi tətbiqini nəzərdə tutmayıb. Məqsəd - kredit təşkilatlarının kapital adekvatlığına nail olmaqdır».

1991-ci ildə yaradılmış «Parabank» ASC-nin, yarısı Bakıda olmaqla, 16 filialı fəaliyyət göstərir. Bankın 20-dək səhmdarı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG