Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:02

Papayla prezident ailəsi bir-birinə nə bağışladı- [Video]


►Youtube-a yerləşdirilən video Vatikan tərəfdən çəkilib. Və videoda adətən Azərbaycanın rəsmi mediasında "ixtisar edilən" məqamlar da yer alıb. Məsələn, ailə üzvləri arasındakı jestlər kimi...

Oktyabrın 2-də Bakıya səfəri zamanı Roma papası Fransisk prezident ailəsi ilə də görüşüb.

Onlar bir-birilərinə hədiyyələr bağışlayıblar. (AzərTAc)

Roma Papası bildirdi ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.

Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edib.

Prezident İlham ƏLİYEV deyib ki, Azərbaycan xalçalar məkanıdır: "Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir."

Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.

Youtube Kanalımıza abunə ol və daha çox video izlə

Digər videoları burdan izləyə bilərsiz:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG