Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:41

Katolik keşişlər bundan belə ‘abort günahı’nı bağışlayacaq


Papa Francis
Papa Francis

Roma katolik kilsəsinin başçısı Papa Francis tarixi qərar qəbul edib. Pontifik bütün katolik keşişlərinə tövbə (günah çıxarma) zamanı abort günahını bağışlamağa icazə verib.

Əvvəllər bu günahı yalnız kilsə iyerarxları bağışlaya bilirdilər. Jurnalist, "Nastoyeşee Vremya" portalının şərhçisi Saken Aymurzayev Papanın bu yeni qərarının əhəmiyyəti və katolik dünyasının ona necə reaksiya verəcəyindən yazıb.

Buna da bax:​ Vatikan islamla dialoqun 'yol xəritəsini' təqdim edir

Əvvəllər kim günahları çıxara bilirdi?

Öncə yalnız yepiskoplar və yeparxiyanın səlahiyyət verdiyi ayrı-ayrı keşişlər günah bağışlaya bilirdilər. Bu zaman onlar hər bir hala ayrı-ayrılıqda baxırdılar. Papanın məktubunda, əslində, abortlar barədə bircə abzas yer alıb. Qalanı mərhəmət və insanların bağışlanmasından söz açır.

Bu hüquq keşişləri iyerarxiyada daha yuxarı pilləyə qoymasa da, onların xidmətinə daha çox məsuliyyət qatacaq. Papa Francis-in sözlərinə görə, belə hüquqlar keşişlərdən tövbəyə, günah çıxarmaya daha dərindən hazırlaşmağı tələb edir.

Buna da bax:​ 15-17 yaşlı qızlar: 50 abort

Papa keşişlərə "abort günahı"nı bağışlamağa ilk dəfədir icazə verir?

Daha dəqiq ifadə etsək, Papa keşişlərə bir il öncə müvəqqəti verdiyi hüququ qüvvədə saxlayıb. O, həmin addımı müxtəlif icmaların reaksiyasını görmək niyyətiylə atıb. Bu gün, mərhəmət ilinin sonunda, o, sadəcə, bu hüququ qüvvədə saxlayıb. Ancaq öz məktubunda qeyd edib ki, o, abortu ağır günah hesab edəcək.

"Bu ona görə ağır günahdır ki, məsum canı alır. Ancaq eyni zamanda, qeyd etməyə bilmərəm ki, Allahın mərhəməti günahı bağışlamaya bilməz", deyə Pontifik məktubunda yazıb.

Buna da bax:​ Papa: 'Dinc yaşamaq əsas sərtdir'

Bu, Roma Papasının "yumşaldığı" yeganə sahədirmi?

Ötən il ərzində o, mərhəmətin insanların şəxsi həyatında əks olunmasının vacibliyindən danışıb. Məsələn, insanların sədaqəti, boşanmadan sonra necə yaşaması..

O, başqa bir mühüm mövzu ilə bağlı da "yumşalıb". Söhbət qeyri-ənənəvi cinsi oriyentasiyadan gedir. Papa Francis-lə katolik kilsəsi cəzadan bağışlamaya doğru gedir. Ancaq qeyd edir ki, o, belə hərəkətləri dəstəkləmir və onları etməyə çağırmır. Sadəcə, deyir ki, Allah bunu bağışlaya bilər.

Buna da bax:​ 'Azərbaycanda oğlan doğulunca 10 dəfə abort edən qadınlar var'

Dünya buna necə reaksiya verdi?

Amerika telekanallarında və katolisizmin vacib rol oynadığı ölkələrdə bu, az qala, əsas xəbərdir. Çünki bu ölkələrdə abort mövzusu çox siyasiləşdirilib.

Eyni zamanda, bəziləri belə hərəkətləri günahlara göz yummaq hesab edirlər. Bu yaxınlarda dörd nüfuzlu kardinal Papaya boşanmalarla bağlı açıq çağırış məktubu yazıblar. Görünür, abortlar mövzusu ilə bağlı yeni məktub Amerikadan gələcək. Axı, bu ölkədə katolik icmaları özəlliklə mühafizəkardır.

Buna da bax:

Roma Papası Qafqaz regionuna arzusu
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG