Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:27

-

Roma Papası Fransiskin Ermənistana səfəri iyunun 24-də başlayacaq. Rəsmi qarşılama mərasimindən sonra Papa Eçmiədzinə gedəcək. Burada kilsədə Papanı salamlama mərasimi keçiriləcək.

Elə həmin axşam Ermənistan prezidentinin iqamətgahında Papanın əvvəlcə prezident Serj Sarkisyanla, daha sonra hökumət, cəmiyyət və diplomatik korpus nümayəndələri ilə görüşü keçiriləcək. Günün sonunda isə Papa Fransisk Eçmiədzində Katalikos II Qareginlə görüşəcək.

İyunun 25-də Roma Papası Sisernakaberddə "erməni soyqırımı" adlanan hadisənin qurbanlarına qoyulmuş abidəni və "soyqırım muzeyini" ziyarət edəcək. Bundan sonra o, Katalikos II Qareginlə birlikdə Gümrüyə gedəcək. Gümrünün Vardanants meydanında messa keçiriləcək. Bunun ardınca isə Roma Papası Gümrüdəki Müqəddəs Məryəm kilsəsini və Müqəddəs Əzabkeşlər katolik kilsəsini ziyarət edəcək.

İyunun 25-də saat 19:00-da Yerevanın Respublika meydanında ekumenik mərasim keçiriləcək, Roma Papası Fransisk və bütün ermənilərin Katalikosu II Qareginin sülh üçün dua edəcəklər.

İyunun 26-da səhər saat 10-da Roma Papası Eçmiədzində müqəddəs Liturgiyada iştirak edəcək.

Bir müddət əvvəl Papa "soyqırımın 100 illiyi ilə " bağlı bəyanatında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətliamının "bir çoxları tərəfindən soyqırım kimi tanındığını" demişdi. Bu da Türkiyədə qəzəblə qarşılanmışdı.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

Günün bütün mövzuları

XS
SM
MD
LG