Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:59

Papa 12 suriyalını Vatikana aparır


Roma Papası Yunanıstanda
Roma Papası Yunanıstanda

-

Yunanıstanın Lesbos adasına miqrantları dəstəkləmək üçün gedən Roma Papası Francis 3 suriyalı ailəni Vatikana aparmaq üçün təyyarəsinə mindirib.

Yunanıstana səfəri çərçivəsində Papa Yunanıstandan Türkiyəyə göndəriləcəyi bildirilən qaçqınların düşərgəsinə baş çəkmişdi. Qaçqınlara «siz tək deyilsiniz» mesajı vermişdi.

Vatikan Papanın səfərinin insani və dini məqsədli olduğunu, miqrantların çıxarılmasına etiraz olmadığını bildirir.

Lesbos adası Avropaya giriş nöqtələrindən biri sayılır.

Türkiyə ilə Avropa Birliyi arasında keçən ay əldə olunmuş razılaşmaya görə, sənədləri qəbul olunmayan miqrantlar Türkiyəyə göndəriləcək.

XS
SM
MD
LG