Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:55

Dini icma rəhbərləri Əliyev ailəsinin korrupsiya qalmaqalını şərh edir


Arxiv fotosu: Prezident İlham Əliyevin qızı Leyla (solda) və xanımı Mehriban Əliyeva Bakıda uşaq bağçası açılışında.
Arxiv fotosu: Prezident İlham Əliyevin qızı Leyla (solda) və xanımı Mehriban Əliyeva Bakıda uşaq bağçası açılışında.

►​Azərbayandakı dini icmaların rəbərləri Azərbaycan prezidentinin ailə üzvlərinin də gizli maliyyə fəaliyyətindən bəhs edən “Panama Papers”i şərh edirlər.

Azərbaycan Avropa yəhudiləri icmasının rəhbəri Gennadi Zelmanoviç deyir ki, Azərbaycan prezident ailəsinin adının “Panama Papers” qalmaqalda hallanmasını eşitsə də, buna inanmır. Onun fikrincə, ortada bunu təsdiqləyən sənəd yoxdur.

Ləzgi məscidi icmasının rəhbəri Faiq Mustafa ofşor zonalarda çirkli pulların yuyulduğunu eşidib, amma sonuncu Panama qalmaqalından xəbərsizdir. Deyir ki, korrupsiyaya bulaşmaq, vergidən yayınmaq yaxşı əməl deyil.

Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi Konstantin Pavlovun fikrincə, bu, ABŞ-ın təxribatıdır:

“Özü də təkcə Azərbaycana qarşı yox, Amerika kursundan, onun siyasətindən və təsirindən uzaqda durmaq, müstəqil siyasət yürütmək istəyən ölkələr üçün ABŞ kəşfiyyatının təxribatdır”.

Bu günlərdə mediaya “Mossack Fonseca” Panama hüquq firmasının 11 milyondan çox sənədi sızıb. Həmin sənədlər dünyanın bir sıra indiki və keçmiş dövlət başçılarının, tanınmış şəxslərinin pullarını ofşor şirkətlərə yatırdıqlarını üzə çıxarıb.

Sənədlərdə Azərbaycanın birinci ailəsinin də adı keçir. Məsələn, bu sənədlərə görə Əliyevlər ailəsi dünyanın ən məxfi ofşor ərazilərində qeydiyyatdan keçirilmiş şirkətlər şəbəkəsi vasitəsilə ölkənin ən zəngin qızıl, gümüş və mis yataqlarına nəzarətə sahiblənib.

Hələlik Azərbaycan rəsmilərindən bu ittihamlara hər hansı reaksiya səslənməyib.

Buna da baxın:

Buna da bax: Qarabağ əlilləri protezlərini yandırdı

Qarabağ əlilləri protezlərini yandırdı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG