Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Nazirlər Kabineti “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nı təsdiq edib.

APA xəbər verir ki, dövlət başçısı İlham Əliyevin öıkədə pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyi sərəncamlarına uyğun subsiyadlar müəyyən edilib.

Emal müəssisələrinə satdıqları hər kiloqram xam pambığa, hər kiloqram quru tütünə görə istehsalçılara 10 qəpik, hər 10 kiloqram yaş tütünə görə 5 qəpik subsidiya verilir. Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödəniləcək. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri tərəfindən həyata keçiriləcək.

İstehsalçı satdığı pambıq və tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün ərizəsini tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 15-dək kənd ərazi komissiyasına təqdim etməlidir.

Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 gün müddətində köçürülməsini təmin edəcək.

Neftin qiyməti kəskin enəndən və 2015-ci ildə iki sərt devalvasiyadan sonra hökumət qeyri-neft sahəsinin inkişafı kursu götürüb. Ölkədə aqrar sahədə istehsalın gücləndirilməsini prioritet elan edib. Bu tədbirlər də həmin çərçivədə həyata keçirilir. Ölkə hakimiyyəti bu il tarlalardan 100 min ton pambıq yığılmasını gözləyir.

Subsidiya yaxşıdır, amma...

İqtisadçı Natiq Cəfərli məhsula görə subsidiya verilməsini müsbət addım sayır. Onun sözlərinə görə, illərlə subsidiya verilməsi qaydalarının dəyişməsini təklif ediblər:

“10 ildir təklif edirdik ki, əkin sahəsinin həcminə görə stimullaşdırma doğru deyil. Yanaşmanın dəyişməsi yaxşıdı”.

Natiq Cəfərli hər kq-a 10 qəpik verilməsini elə də böyük məbləğ saymır, ancaq əlavə edir ki, subsidiyalarla bağlı yanaşmanın dəyişməsi gələcəkdə məbləğin də artmasına səbəb ola bilər:

“Hazırda bir kq pambıq 50 qəpiyə alınır, 10 qəpik subsidiya ilə pambığın dəyəri artır. Amma yenə də digər ölkələrlə müqayisədə ucuz qiymətləndirilir. Hələ görək, bu il Azərbaycan pambıqdan nə qazanacaq? Bundan sonra demək olar ki, bu məhsula dövlət büdcəsindən subsidiyaların artırılmasına ehtiyac var, ya yox”.

XS
SM
MD
LG