Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:52

Hesablama Palatası sosial müdafiə sisteminə keçdi


Özü-özünü dolandıran pensiyaçı
Özü-özünü dolandıran pensiyaçı

Hesablama Palatası Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirilən auditin nəticələrini açıqlayıb

2014-2015-ci illəri əhatə edən hesabat palatanın saytında yayılıb.

Buna da bax: Fizika institutunda büdcə yeyintisi

19 nəfər əmək pensiyası hüququ olan şəxsə sosial müavinət ödənilib.

Açıqlamada qeyd olunur ki, sosial yardımlarla bağlı müraciətlərə baxılması, sənədlərin qəbulu, ailənin gəlirlərinin hesablanması, işləməyən ailə üzvlərinin göstərilməsi ilə bağlı pozuntuların baş verdiyi müəyyən edilib. Bəzi hallarda büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə yol verildiyi vurğulanır.

Buna da bax: Palata: 'Mənzil Departamentində xərclər şişirdilib'

Audit zamanı 177 halda işlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında dayandırılmadığı, dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmadığı da bildirilir.

Bundan başqa, 19 nəfər əmək pensiyası hüququ olan şəxsə sosial müavinət ödənildiyinin də aşkarlandığı qeyd edilir.

Azərbaycan Hesablama Palatasının binası
Azərbaycan Hesablama Palatasının binası

Hesablama Palatasının Kollegiyası nöqsanların aradan qaldırılması və buna yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

Hesablama Palatası son günlər AZAL-da, «Su və Meliorasiya» ASC-də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində, Fizika İnstitutunda, Lənkəran təhsil şöbəsində və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində də pozuntular aşkarlandığını açıqlayıb.

Buna da bax: Hesablama Palatası AZAL-da nöqsanlar aşkarlayıb

Sözügedən qurumlar Hesablama Palatasının hesabatları ilə bağlı, hələlik, etiraz və ya hər hansı münasibət bildirməyiblər.

Buna da bax:

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG