Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Pakistanda gəmi təmiri limanında baş verən partlayışdaölənlərin sayı 20-yə çatıb. Bu barədə noyabrın 5-də rəsmilər açıqlama yayıblar.

Noyabrın 1-də Balochistan əyalətində Gadani limanında neft tankerində baş verən partlayışda azı 59 adam yaralanmışdı.

Rəsmilər itkin düşənlərlə bağlı rəqəmləri açıqlamırlar, ancaq limanda çalışanlar azı 7 adamın itkin düşdüyünü bildirirlər.

Baş nazir Nawaz Sharif olayın araşdırılması üçünyüksək vəzifəli şəxslərdən ibarət komissiya yaradıb. Rəsmilər yaxın vaxtlarda açıqlama veriləcəyini deyirlər.

Gadani gəmi təmiri limanı Pakistanın Karachidən 60 km aralıda yerləşir.

Bu, dünyanın ən böyük gəmi təmiri limanıdır, orda 6 mindən çox adam çalışır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG