Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

Bakıda bankın qarşısında özünü yandırdı- [Video]


►Bank deyir belə bir müştərisi yoxdur

Noyabrın 23-də Bakı metrosunun "Azadlıq prospekti” stansiyasının yaxınlığında - “Muğanbank”ın filialının qarşısında Malik Hüseynov adlı orta yaşlı şəxs intihara cəhd edərək özünü yandırıb.

Malik Hüseynovun köməyinə yığışan insanlar onu xilas etməyə çalışıb. Sonra o, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım avtomobili ilə Respublika Yanıq Mərkəzinə çatdırlıb.

Respublika Prokurorluğunun yaydığı məlumata görə, faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və zəruri istintaq tədbirləri aparılır.

Respublika Yanıq Mərkəzindən Ameirkanın Səsinə bildiriblər ki, Malik Hüseynovun vəziyyəti ağırdır.

“O tənəffüs yollarının və bədənin yuxarı ətrafının 3-cü, 4-cü dərəcəli yanığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib”, qəbul şöbəsindən deyiblər.

Malik Hüseynovun hansı səbəbdən intihar edərək özünü yandırması hələ bəlli deyil.

“Muğanbank” hadisəylə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, bankın nəinki

Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb.

Xatırladaq ki, son zamanlar yerli media banklara kredit borcunu ödəyə bilməyən bir neçə insanın intihar etməsi ilə bağlı məlumatlar yayıb. Ancaq, bu məlumatların doğruluğu hələ məhkəmələr tərəfindən təsdiq olunmayıb.

Müxbirlərimiz hadisənin təfərrüatlarını öyrənməyə çalışırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG