Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Əmlak Məsələləri Dövlət Komitəsinin oktyabrın 11-də keçirdiyi hərracda 35 dövlət əmlakı özəlləşdirilib.

5 obyektlə bağlı rəqabət olub, bir obyektə bir neçə müştəri çıxıb.

Komitənin mətbuat xidmətindən deyiblər ki, rəqabətli hərraclar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi, obyektlərlə bağlı olub.

Hərraclarda 2 səhmdar cəmiyyətin («Saxsı qablar» ASC və «Beyləqan Dəmir Beton» ASC) 30 faizlik səhm zərfləri, 20 kiçik dövlət müəssisə və obyekti, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Oktyabrın 11-də baş tutmuş hərracda satılan paylara görə dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 1 milyon manatdan çox vəsait köçürüləcək.

Növbəti hərrac oktyabrın 25-də keçiriləcək. Hərraca 84 dövlət əmlakı çıxarılacaq.

Bu il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

XS
SM
MD
LG