Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:37

Özbəklər yığılan pambığı yenidən kollara niyə yapışdırıblar?


Kuştepe rayonunun pambıqçıları kollara pambıq yapışdırılar

Kuştepe rayonunun pambıqçıları kollara pambıq yapışdırılar

Xəbər verilir ki, yerli hakimiyyət bununla tarlalardakı “pambığın bolluğu” ilə baş nazirin qarşısında öyünmək istəyib.

Özbəkistanda Fərqanə vilayətinin icra hakimiyyəti baş nazirin mümkün gəlişinə hazırlıq olaraq adamlara yığılmış pambığı yenidən kollara yapışdırmaq göstərişi verib.

Xəbər verilir ki, yerli hakimiyyət bununla tarlalardakı “pambığın bolluğu” ilə öyünmək istəyib.

AzadlıqRadiosunun Özbək xidməti xəbər verir ki, pambıq yapışdırılmağına yapışdırılıb, amma hörmətli qonaq gəlməyib.

Zəhmət batıb

Bu da xəbər verilir ki, baş nazir Şavkat Mirziyayevin gözlənilən səfəri ilə bağlı kənd yolları təmir edilib, abadlıq işləri görülüb.

Və bu zaman pambığı artıq yığılmış tarlalarda yenidən “pambıq çiçəkləyib”.

Karimov bol məhsullu tarlaları xoşlayır

Karimov bol məhsullu tarlaları xoşlayır

Bunu jurnalistlərə danışan bir yerli sakin deyib ki, adamlar quru kollara yenidən pambıq yapışdırırdılar.

“Tarlada 400-dək kişi və qadın vardı. Yaxınlaşıb gördüm ki, əllərindəki yapışqanla kollara pambıq yapışdırırlar. Bu zaman bir nəfər yapışqanlayır, yanındakı isə pambığı yapışdırıdı” – deyib Kuştepe rayonundan adının çəkilməsini istəməyən sakin.

Başqa sakinlər də baş verənlərdən həm təəccüblənib, həm də qəzəbləniblər.

Karimov gələndə çiçəklər “açır”

Fərqanə vilayətinin adının çəkilməsini istəməyən bir rəsmisi isə AzadlıqRadiosuna deyib ki, deyilənlərdən xəbəri yoxdur. O bildirib ki, icra başçısı adamlara pambıq yapışdırmaq göstərişi verməyib.

Karimovun Namanqana səfəri zamanı sakinlərə evlərinin damlarını qırmızıya boyamaq və ağaclara çiçək şəkilləri çəkmək tapşırılmışdı

Bununla belə, Özbəkistanda belə yüksək qonaqların gəlişinə əvvəllər də bu sayaq “hazırlıq” görüldüyü barədə xəbərlər olub.

2009-cu ildə Fərqanə vilayətinin pambıqçılarını yığılmış pambığı təkrar kollara yapışdırmağa məcbur etmişdilər. O vaxt “bol məhsullu” tarlalar prezident İslam Karimovun gözlərini oxşamalı idi.

Bu ilin mart ayında isə Karimovun Namanqana səfəri zamanı sakinlərə evlərinin damlarını qırmızıya boyamaq və ağaclara çiçək şəkilləri çəkmək tapşırılmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG