Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:50

Həkimlər pul verib, pambıq yığımından yayınıblar


Pambıq yığımı

Pambıq yığımı

Özbəkistanda hər il minlərlə tibb işçisi məcburi pambıq yığımına cəlb edilir.
Ölkədəki elmi neyrocərrahiyyə mərkəzi bu il pambıq yığımına getməyəcək.
Tibb müəssisəsi kollektivinin qərarına görə, «strateji» kampaniyaya qatılmamaqdan ötrü adambaşına 200 min sum (təxminən 31 dollar) yığılacaq və beləliklə, kollektivin pambıq yığmaqdan canı qurtulacaq.

«HƏDDİNDƏN ÇOX XƏSTƏ VAR»

«Bizdə tibbi personal çatışmır. Həddindən çox xəstə var, onların müalicəsini «sonraya» saxlamaq olmaz. Hamı pul verdi. Hətta maaşı 350 – 400 min sum (təxminən 55-62 dollar) olan sanitarlar da. Klinikamızda bütövlükdə 500-ə yaxın adam çalışır. Dəqiq deyə bilmərəm, ancaq eşitmişik ki, institutumuz yığılmış pulları rayon administrasiyasının nümayəndəsinə verəcək. Onlar da bizim yerimizə işləyəcək adamlarla özləri danışacaqlar. Ötən illərdə muzdlu işçilərin pulu götürüb aradan çıxdığı hallar da olub», - tibb mərkəzinin kimliyini açıqlamaq istəməyən əməkdaşı AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, heç kim pambıq şirkətini öz cibi hesabına varlandırmaq istəmir, ancaq insanların başqa seçimi də yoxdur. Həkimlərin narazılığını heç kim eşitmir. «Xüsusi əhəmiyyətli hökumət layihəsində» (pambıq yığımı nəzərdə tutulur) iştirakdan imtina edən kimi hədə-qorxular başlanır.

ADİ HESABLAMA GÖSTƏRİR Kİ...

Neyrocərrahiyyə mərkəzi əməkdaşlarının məcburi pambıq yığımından imtinası 100 milyon suma (təxminən 15 min 600 dollara) başa gəlir. Özəl biznes hesaba qatılmazsa, ölkədə minlərlə belə kollektiv var.

Çıxan nəticə isə budur:pambığı yetişdirməmək də olar. Elə birbaşa hamıdan pul yığmaq, biyarı xəracla əvəzləmək yetər.

Buna da bax-Özbəkistanın yeni lideri, 'çılğın və inadkar' Shavkat Mirziyaev

Günün bütün mövzuları

XS
SM
MD
LG