Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Özbəkistan Karimovun ölümündən sonra necə dəyişib?


Özbəkistan baş naziri Shovkat Mirziyayev
Özbəkistan baş naziri Shovkat Mirziyayev

Artıq bir aydır ki, Özbəkistan İslam Karimov-suz yaşayır. Ölkəni müvəqqəti olaraq, Shovkat Mirziyayev idarə edir. O, həm də prezidentliyə əsas namizəddir. Eyni zamanda o, hələ də, baş nazir postunu tutur.

Konstitusiyaya görə, o, ümumiyyətlə, prezident səlahiyyətlərini öz üzərinə götürə bilməzdi. Bu səlahiyyətlər Senatın spikerinə keçməli idi.

Yeni liderin ilk vədi "İslam Karimov-un başladığı yolun davam etdirilməsidir". Ancaq bu vədə baxmayaraq, bu bir ay ərzində ölkədə ciddi dəyişikliklər baş verib.

Buna da bax:​ İslam Karimov hakimiyyətdə boşluq qoyub getdi

22 MİN İZLƏYİCİSİ OLAN SƏHİFƏ

Bu müddət ərzində işə salınmış xüsusi saytda istənilən vətəndaş öz şikayətlərini yaza bilər. Bu virtual qəbul otağı Mirziyayevin ən çox müzakirə olunan addımlarından biridir. Rəsmi məlumatlara görə, təkcə iki həftə ərzində Mirziyayevə 30 mindən çox müraciət ünvanlanıb. Onların bir hissəsi şikayətçilərin xeyrinə təmin olunub. Karimovun vaxtında adi ölkə vətəndaşı dərdini prezidentə çatdıra bilmirdi.

Virtual qəbul otağının nə qədər davam edəcəyini, onun Mirziyayevin seçkiqabağı kampaniyasının bir hissəsi olub-olmadığını demək çətindir.

Özbəkistanda ilk dəfə sosial şəbəkədə dövlət başçısının adından səhifə idarə edilir. Mirziyayevin regionlara səfərləri, xarici liderlərlə görüşləri, yeni fərmanlar, kadr təyinatları və virtual qəbul otağının işi barədə məlumatlar paylaşılır. Bu vaxta qədər Özbəkistanda belə bir şey görünməmişdi. Hazırda səhifənin 22 mindən çox izləyicisi var. Karimov-un vaxtında hökumət insanlarla televiziya və rəsmi saytlar vasitəsilə ünsiyyət qurmağa üstünlük verirdi.

Buna da bax:​ Kərimovsonrası Özbəkistan...

Mirziyayev prezident səlahiyyətlərini üzərinə götürən kimi, həm paytaxtda, həm də bölgələrdə əsas vəzifələri tutan kadrları dəyişməyə başladı. O, bir sıra mühüm vəzifələrə Karimov-un işdən uzaqlaşdırdığı adamları gətirib.

GƏLİRİN 25%-İ

Bəzi ekspertlər hesab edirlər ki, Mirziyayev "artıq özünü prezident kimi hiss edir və prezident kimi davranır".

Shovkat Mirziyayev orta və kiçik biznesə onların vəziyyətini yaxşılaşdırmağa çalışdığı mesajını verməyə çalışır. O, Özbəkistanda sahibkarlıq subyektlərinin hüquq və maraqlarının müdafiəsi üzrə müvəkkil institutu, bir növ biznes ombudsmanı yaratmağı təklif edib. Bundan başqa, məhsullarını xaricə ixrac edən özbək fermerlərinə güzəştlər edilib. İndi onlar satdıqları mala görə əldə etdikləri valyuta gəlirinin cəmi 25%-ni dövlətə verməlidirlər. Əvvəl bu kvota 50%-ə çatırdı.

Özbəkistanın yeni lideri ölkənin xarici siyasətini də dəyişdirməyə başlayıb. Bir aydan da az vaxt ərzində o, Qazaxıstan, Qırğızıstan və Tacikistanla münasibətlərin yaxşılaşdırılması yönündə addımlar atıb. Karimov hakimiyyətinin son illərində bu ölkələrlə münasibətlər tamamilə dondurulmuşdu. Həmin ölkələrlə quru sərhədlər, demək olar ki, tamamilə qapalı idi.

Buna da bax: Özbəkistanın yeni lideri, 'çılğın və inadkar' Shavkat Mirziyaev

VƏTƏNDAŞLIQ QANUNUNA DA DƏYŞİŞİKLİK OLUNUB

Karimov-un ölümündən cəmi bir neçə gün keçmiş mübahisəli Unqar-Too dağında həbs olunmuş dörd qırğızıstanlı azad edildi. Özbəkistanın Əndican şəhərinə son illərdə, ilk dəfə olaraq, qırğızıstanlı məmur və jurnalistlərdən ibarət böyük nümayəndə heyəti gəldi. Özbəkistandan belə bir nümayəndə heyəti Tacikistanın Xocənd şəhərini ziyarət etdi.

Shovkat Mirziyayev vətəndaşlıq haqqında qanuna da düzəliş edib. İndi artıq başqa bir dövlətin vətəndaşlığını almaq Özbəkistan vətəndaşlığının itirilməsi demək olacaq. Əvvəllər insanlar Özbəkistan vətəndaşlığından imtina edə bilmirdilər. İndi artıq Rusiya pasportu almış miqrantlar rahat nəfəs ala bilərlər.

Son illərdə səhnəyə, televiziya və radio kanallarına çıxması yasaqlanan artistlər yenidən səhnəyə qayıdıblar. Söhbət Sherali Zhurayev, Yulduz Usmanova və Obid Asomovdan gedir. Ancaq bu yaxınlarda Yulduz Usmanova Özbəkistan müxalifətini tənqid edib.

Buna da bax:​ Rəhbərin rayona səfərinə görə bazarda qiymətlər endirildi

“ÇIXIŞ VİZASI”

Daşkənd zooparkında ilk dəfə zürafə peyda olub. Bu ayın əvvəli "xarici" heyvanı Qazaxıstandan gətiriblər. Sosial şəbəkə istifadəçiləri Alatau adlı bu zürafəni şəxsən Mirziyayevin gətirdiyi barədə zarafatlar paylaşırlar. Ancaq Mirziyayevin bu zürafəylə hər hansı bir əlaqəsinin olub-olmaması bəlli deyil.

Amma yeni hakimiyyətin dəyişdirməyə tələsmədiyi vacib məsələlər də var. Söz azadlığına təzyiqlər, müxalifətin təqibi, insan hüquqlarının kütləvi pozulması bunlardan bəziləridir.

Azadlıq Radiosu və BBC-nin özbək xidməti Özbəkistanda bloklanmış durumdadır. Dünyanın yalnız iki ölkəsində, Şimali Koreya və Özbəkistanda tətbiq olunan "çıxış vizası" hələ də ləğv olunmayıb. Bundan başqa, büdcə təşkilatlarının on minlərlə işçisi və tələbələr hələ də sahələrdə pambıq yığmağa məcbur edilir. Həbsdəki müxalifətçilərin taleyi hökumətdə heç kimi narahat etmir. Həbsdən qurtulan müxalifət nümayəndələri isə xaricdən işləməkdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG