Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

-

Özbəkistan məhkəməsi avqustun 4-də Azad Avropa və AzadlıqRadiosu əməkdaşının qadaşını narkotik ittihamı ilə 8 il azadlıqdan məhrum edib.

Məhkəmə prosesində Aziz Yusupovun hüquqlarını Milli Təhlükəsizlik Nazirliyinin ayırdığı vəkil qoruyub və ailəsinin dediyinə görə, o Yusupovu yalan ifadə verməyə vadar edib.

Ailsəi bildirir ki, ittiham tərəfi 1 günlük məhkəmə prosesində Yusupova qarşı heç bir sübut göstərə bilməyib.

Azad Avropa və AzadlıqRadiosunun prezidenti Thomas Kent bəyan edib ki, bu, hökumətin radionun jurnalistlərini qorxutmaq, susdurmaq cəhdindən xəbər verir və bizə qarşı yönəlmiş istənilən bu cür cəhdləriqəti şəkildə pisləyirik.

Yusupovun AzadlıqRadiosuna dediyinə görə, cəzanı ağırlaşdırmaq üçün istintaq vaxtı ona qarşı ittihamlar bir neçə dəfə dəyişdirilib.

Qeyd edək ki, Özbəkistanda siyasi fəallar və tənqidçilərə qarşı narkotik ittihamından tez-tez istifadə edilir.

AzadlıqRadiosu özbək xidmətinin əməkdaşı Salijan Abduraxmanov 2008-ci ildə narkotik qaçaqçılığı ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

Bu həftə isə Milli təhlükəsizlik xidmətinin əməkdaşları özbək xidməti direktorunun Daşkəntdəki evini əlindən alıblar.

Bundan başqa son aylar digər radio əməkdaşlarının ailə üzvləri dindirilib, azı 4 haldaonların ölkədən çıxışına icazə verilməyib.

Buna da bax: AzadlıqRadiosu Bakı bürosunun yenidən açılmasını tələb edir

Günün bütün mövzuları

XS
SM
MD
LG