Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38

Leninqrad vilayətinin Slançevski rayonun Çernovski kəndinin rəhbəri Vitaly Ovlakhovsky sübut edib ki, regionda minimal əmək haqqı ilə yaşamaq, demək olar ki, mümkün deyil. Məmur eksperiment keçirib: bütün dekabrı ayını 7800 rubla (təxminən 100 dollar), minimum ərzaq zənbilinə uyğun yaşamağa cəhd göstərib. Vitaly Ovlakhovskynin pulu 20-ci gün qurtarıb, amma eksperimentə fasilə verməmək üçün suya keçib, sonra balıq tutmağa başlayıb. O, hətta sosial şəbəkədə səhifə açaraq hər gün nə yeyib-içdiyini qeyd edib.

“Mən heç nəyi sübuta yetirmək istəmirəm, sadəcə, nəticəni göstərirəm”, - deyə o yazıb: “Əgər arıqlamasam, əhvalım normal vəziyyətdə qalsa, 3 il, lazım olsa 5 il istisna olaraq bu rasionla qidalanmağa hazıram. Söz verirəm”.

O, ərzaq zənbili normalarına uyğun qidalanıb

Foto arxiv

Foto arxiv

​Vitaly Ovlakhovsky Leninqrad vilayəti rəhbərliyinin təsdiqlədiyi ərzaq zənbili normalarına uyğun qidalanıb. Bu sənədə görə, əməkqabliyyətli bir insan il ərzində 137 kq un məhsulları (çörək, makaron, un, qarabaşaq, paxla), 98 kq kartof, 97 kq tərəvəz və bostan, 23 kq təzə meyvə, 22 kq qənd və şirniyyat məhsulu, 37,8 kq ət məhsulları, 17 kq balıq, 220 kq süd və süd məhsulları, 200 yumurta, 13,5 kq bitki yağı, marqarin və digər yağlar, 4,9 kq digər ərzaqlar (duz, yağ, ədviyyat) tükətməlidir. Digər zəruri mal və xidmətlərlə birgə ərzaq zənbilinin dəyəri 9013 rubl müəyyənləşdirilib. Bu, minimum əmək haqqından 1200 rubl çoxdur.

Eksperiment zamanı Vitaly Ovlakhovsky 15 kq arıqlayıb, səhhətində xüsusi problem yaranmayıb, amma yuxusuzluqdan şikayət edir. Onun pulu qurtaranda faktiki aclıq keçirib, hətta “Radio Baltik”in efirində aparıcı Yelena Malışova ona məsləhət görüb ki, kartoflu kələm və paxla ilə eksperimenti başa vursun.

Vitali Ovlaxovskinin gündəliyindən

Deməli belə, əziz dostlar, mənim yeni xəbərim var. Məsələ burasındadır ki, pulum bitdi. Eksperimenti davam etdirmək niyyətindəyəm. Ərzaq ala bilmədiyim üçün bulaq başına gedib su içdim. İndi səhər yeməyi, nahar və şam – sudur.

Vitaly Ovlakhovskynin bu eksperimenti nəticəsindəLeninqrad vilayətində minimum əmək haqqı və ərzaq zənbilinin dəyərinin qaldırılması məsələsi müzakirəyə çıxarılıb. Amma hələ ki, bu ilin birinci yarısında bu məsələnin həlli nəzərdə tutulmur.

“Bizə dedilər ki, çoşkanın yox, öz üzərinizdə eksperiment aparın”

Vitali Ovlaxovski AzadlıqRadiosuna müsahibəsində belə bir eksperimenti niyə keçirdiyi və başına gələnlər barədə təfsilati ilə danışıb: “2015-ci ilin yazında yerli deputat Vladimir Petrov iki çoşkanın üzərində eksperiment aparmağı qərara aldı. Biri minumum əmək haqqı, digəri ərzaq zənbili normalarına uyğun yedizdiriləcəkdi. Eksperiment zamanı heyvan hüquq müdafiəçiləri gəlib buna etiraz etdi və məsləhət gördülər ki, bu eksperimenti öz üzərimizdə aparaq. Bundan sonra mən Vladimir Petrovla qərara aldıq ki, belə bir eksperiment aparaq. Regional Ərzaq Zənbilinin normasını götürdüm. Norma illikdir və biz bunu günə böldük. Minimum əmək haqqını - 7800 rublu da götürdüm. Gündəlik normanı aldım. 3 həftədən sonra pul qurtardı. 8 gün su içdim.

Foto arxiv

Foto arxiv

Vitali Ovlaxovski müsahibəsində qeyd edir ki, gündə 160 qr ət məhsulları, 50 qr balıq məhsulları yeyirmiş: “360 qr yarma, çörək, 240 qr kartof, 170 qr meyvə - bu, məsələn, iri naringi, ya portağal olurdu, ya da bir alma, 320 qr-a yaxın tərəvəz, məsələn, pomidor və xiyar yeyirdim. Gündəlik menyüyə 900 qr da süd məhsulları daxil idi, məsələn, ya bir butulka süd, ya da qatıq içirdim. Bunlar ərzaq zənbilinə daxil olan ərzaqlardır”.

Vitali Ovlaxovskinin gündəliyindən

Eksperimentin birinci günündən belim 14 sm nazikləşib, çəkim 15 kq düşüb ...

Əziz dostlar, axşamınız xeyr. Bu gün, səhər yeməyinə su içdikdən sora qərar verdim ki, balığa gedim. Elə yemək istəyirəm ki, amma balıq tuta bilmədim, sonuncu dəfə tilovu əlimdə 30 il əvvəl tutmuşam. Ancaq uşaqlıq dostum, peşəkar balıqçı Lyulik uğursuz balıq ovumu bildiyindən mənə balıq, kartof, kələm, paxla gətirdi.

Beləliklə, axşama kələmli balıq (50 qr və 320 qr) yedim. Ərzaq zənbilinin normasını dekabrın 31-nə kimi heç kim dəyişməyib.

Eksperimentin birinci günündən belim 14 sm nazikləşib, çəkim 15 kq düşüb.

“Eksperimentin nəticələri hakimiyyətin diqqətini çəkdi”

Vitaly Ovlakhovsky müsahibəsində bildirir ki, onun bu eksperimentin nəticələri hakimiyyət dairələrinin diqqərini çəkib və indi minumum əmək haqqının ölçüsü və ərzaq zənbili ilə bağlı müzakirələr gedir.

Foto arxiv

Foto arxiv

Bu il yanvarın 1-dən Rusiyada orta hesabla minimum əmək haqqı 6204 rubldır (79 dollar). Moskvada bu, 17300 rubl (221 dollar), Sankt-Peterburqda 11700 rubl (150 dollar) müəyyən edilib. Bir nəfər üçün istehlak zənbilinin dəyəri (minumim yaşayış xərcləri) 9673 rubl (123 dollar) müəyyənləşdirilib. Bu dəyər Moskvada 15141 rubl (193 dollar), Sankt-Peterburqda 10016 rubl (128 dollar) götürülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG