Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

►Otlaq sahəsi tapmayan bəzi fermerlər mal-heyvanı dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar. Bu da rayondakı fermer təsərrüfatçılığını tənəzzülə aparır.

“Torpaq dövlətindir, kimin ixtiyarı var ki, dövlətin torpağını dost-tanışının adına keçirib sonra da fermerə istədiyi qiymətə icarəyə verə?”

Toğrul Salahov Şamaxıda yaşayır.

Gənc sahibkardır. 2 ildir Göylər kəndində fermer təsərrüfatı yaradıb. Təsərrüfat xırda və iri buynuzlu heyvanlardan ibarətdir. Ancaq otlaq sahələri zəbt olunduğundan mal-heyvanı otlamağa yer tapmır. Onun iddiasına görə, rayondakı otlaq ərazilər məmurlar tərəfindən ələ keçirilib:

“İcra hakimiyyətinin işçiləri torpaqları zəbt edib qohumlarının adına keçirməklə təkcə mənim yox, rayondakı onlarla sahibkarın fəaliyyətinə əngəl yaradırlar. Həmin sahələri fermerlərə 3 min manata icarəyə verirlər. Fermerlərin bu məbləği ödəməyə imkanları çatmır. İstifadəyə görə qanunda nəzərdə tutulmuş vergi nə qədərdirsə, ödəməyə hazırıq, ancaq kiminsə cibinə 3-5 min manat icarəhaqqı qoymaq bizlik deyil”.

____________________________________________________________

Bunlara da bax:
Rusiyada üçtərəfli Qarabağ sammiti?
“Nefti bahalaşdıran səbəblər qalıcı deyil”

____________________________________________________________

Fermer deyir, məmurların bu hərəkətləri rayonda sahibkarlığın qarşısına sipər çəkir. Otlaq sahəsi tapmayan bəzi fermerlər mal-heyvanı dəyər-dəyməzinə satmaq məcburiyyətində qalırlar. Bununla da fermer təsərrüfatçılığı tənəzzülə gedir. Sahibkarlar yığışıb məmurların hərəkətlərindən bir çox qurumlara yazıblar. Ancaq yazdıqları sonra elə Şamaxı rayon İcra Hakimiyyətinə gəlib çıxır. Burada fermerlərin yazdıqlarından xəbər tutan həmin məmurlar onları daha çox sıxışdırmağa başlayır.

“BIÇAQ SÜMÜYƏ DİRƏNİB”

Sahibkar tez bir zamanda tədbir görülməsini istəyir. Əgər tədbir görülməsə, Şamaxı sahibkarlarının aksiyalara əl atacağını da istisna etmir:

“Bıçaq sümüyə dirənib. Bizi o qədər sıxışdırırlar ki… Qazancımız ciblərindədir. Dövlətin başçısı bunları bu qədər yığır, danlayır, yenə nəticə yoxdur. Bizi incidənlərin icra hakimiyyətinin məmurları olduğu halda, onlardan yazdığımız şikayətləri onların özünə qaytarırlar. Bununla odun üstünə benzin tökürlər. Bu, vətəndaşı ələ salmaqdır”.

Şamaxı Rayon İcra Hakimiyyətində isə fermerin dedikləri ilə razılaşmırlar. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, fermerin dedikləri həqiqətdən uzaqdır:

“Yoxlasınlar, hansı şöbə müdirinin adına harda torpaq var? Kimsə hardasa torpaq alırsa, bundan icra hakimiyyətində işləyənə nə? İcra hakimiyyətində işləyənin qohumu torpaq ala bilməz? O adamlar Bakıya şikayət yazıblar, həmin şikayətlər də araşdırılmağa bizə - Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə göndərilib. Hazırda araşdırılır. Özlərinə də bir cavab veriləcək”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG