Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46

Azərbaycanda otellər Gürcüstandan ucuzdur?


"Alov qüllələri"ndən şəhərə açılan mənzərə

"Alov qüllələri"ndən şəhərə açılan mənzərə

►Nazir müavini deyir ki, problem sadəcə, 2-3 ulduzlu otellərin sayının az olmasıdır

“Gürcüstanda olan qiymətlərlə Azərbaycanı müqayisə etdikdə görərik ki, 5 ulduzlu otel seqmentində Bakıda olan brend otellərin qiymətləri Gürcüstandan 3-4 dəfə, 4 ulduzlu otel seqmentində isə 2 dəfə ucuzdur”.

Bunu jurnalistlərə Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov deyib.

Trend xəbər verir ki, nazir müavini xarici valyuta ilə müqayisədə Azərbaycanda turizm xidmətinin qiymətlərinin daha cəlbedici olduğunu qeyd edib.

“Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan otellərində olan qiymətlər müqayisə edildikdə müəyyən edildi ki, Bakıda ucuzluqdur. Azərbaycanda bu sahədə problem 2-3 ulduzlu otellərin sayının az olmasıdır. Çünki təklif çox zəifdir”- nazir müavini deyib.

N.Səmədov qeyd edib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu otellərin tikilməsinə holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər:

“Onlara bu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu otelə qoyulan investisiya çox ulduzlu otellərlə müqayisədə daha tez geri qaytarılr. Ona görə az ulduzlu otellərin tikintisi sahəsində çalışmaq lazımdır”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Yerli ekspertlər Azərbaycanda turizm sahəsində qiymətlərin Türkiyə və Gürcüstanla müqayisədə olduqca baha olduğunu söyləyirlər.

Rəsmi bilgilərə görə isə, azərbaycanlılar turizm üçün əsasən, elə qonşu ölkələrə getməyə üstünlük verir.

Ekspertlər bunu ölkə içində qiymətlərin baha olması ilə izah edirlər.

Üstəlik onlar deyillər ki, Azərbaycandakı otellərin səviyyəsi süni şəkildə şişirdilir.

Buna da bax: Azərbaycan turizmi niyə Gürcüstana uduzur?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG