Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

-

Adətən ən çox bədii filmlərə verilən "Oskar"dan danışılır. Sənədli filmlərsə bir qədər kölgədə qalır.

Amma sənədli filmlər nadir hallarda əyləndirmək üçün çəkilir. Belə filmlərdə, adətən, ən ağrılı problemlərdən danışılır.

Pakistanlı rejissor Sharmeen Obaid-Chinoy-un "namus üstə qəttlər"dən bəhs edən "Çaydakı qız: əfvin qiyməti" filmi bu il ən yaxşı qısa sənədli film nominasiyasında "Oskar" alıb.

O, 2012-ci ildə qadınların üzünə turşu atılması haqda çəkdiyi filmə görə də eyni nominasiyada qalib olmuşdu.

Sharmeen Obaid Chinoy Pakistanın ilk "Oskar" mükafatçısıdır.

"Qətiyyətli qadınlar birləşəndə belə olur," - deyə Chinoy mükafatı qəbul etdiyi zaman bildirib. O, həmçinin, öz atası və həyat yoldaşı kimi "qadınları məktəbə və işə göndərən, qadınlar üçün ədalətli cəmiyyət istəyən bütün cəsarətli kişiləri" alqışlayıb.

Pakistan qanunlarına görə, öz qadın qohumlarını öldürən kişi qadının qohumları "qan pulu" müqabilində onu "bağışladığı" təqdirdə cəzadan yayına bilir.

Chinoy bu yaxınlarda Pakistanın baş naziri Nawaz Shariflə görüşüb. Baş Nazir "düzgün qanunvericilik tətbiq etməklə Pakistanın canını bu bəladan qurtarmağı" vəd edib.

XS
SM
MD
LG