Keçid linkləri

Təcili xəbərlər

Orta Asiyada fəalları bu texnologiya ilə izləyirlər


►İzləmə avadanlığı hardan gətirilir?

Kütləvi infromasiya vasitələrində yayılan məlumatlara əsasən, Özbəkistan, Qazaxıstan kimi avtoritar rejimli ölkələrdə müxalif fikirli fəalları izləmək üçün kiber üsullardan istifadə edirlər.

Associated Press məlumat verir ki, tədqiqatçıların araşdırmalarına görə, Özbəkistan və Qazaxıstan 2000-ci ildən başlayaraq Verint və Nice Systems şirkətlərindən çoxlu sayda izləmə avadanlıqları alıb.

Avadanlıqların quraşdırılması və texniki dəstək üçün adıçəkilən şirkətlərin texnikləri demək olar ki, mütəmadi olaraq Özbəkistan paytaxtı Daşkəndə gəlirlər.

Fəallar deyirlər ki, hər hansı bir həssas mövzu telefonda və ya elektron poçtda müzakirə olunarkən bu avadanlqlar sayəsində Özbəkistan məxfi orqanları həmin şəxslərin yerini qısa bir zamanda müəyyən edə və fəalları həbs edə bilirlər.

Buna da bax: İran Kim Kardashian-nı məxfi agent sayır

“Avtoritar rejimlərin əsas silahı insanların qorxusudur”, deyə İsveçdə yaşayan özbək mühaciri Tulkin Karayev AP-yə bildirir. “Söz azadlığı, ifadə azadlığı – bunlar hamısı qadağandır”.

Humans Rights Watch təşkilatının hesabatlarına görə, son iyirmi il ərzində Özbəkistan öz repressiv rejimini qüvvədə saxlamaq üçün minlərlə insanı həbsə atıb. Təşkilata görə, bu ölkədə müxalif olmağın qiyməti istənilən zaman baş verə biləcək həbs, məcburi əmək və işgəncədir.

Reuters xəbər verir ki, hakerlər Qazaxıstan hökumətinin himayəsi altında işləyərək insan haqları fəalları və onlarla birbaşa əlaqədə olan mühacirlərin kompüterlərini xüsusi proqram vasitəsilə izləməyə çalışırlar.

Buna da bax: Rusiyada yeni «xarici agent»lər tapılır

Tədqiqatçı qrup, Nyu-Yorkda çalışan insan haqları müvəkkili Peter Sahlasa, Qazaxıstanla bağlı məhkəmə işlərində fəal iştirakı olan italiyalı müvəkkil Astolfo Di Amatoya, mühacirətdə olan qazax naşiri Aleksandr Petruşov və İrina Petruşovaya göndərilən elektron məktubları araşdırıb.

Məktubların göndərildiyi şəxslərə iki növ casus proqramlarını yükləmək üçün ödənişli link təklif edilib. Linklərdən birinə keçid olduğu halda, həmin elektron poçt artıq izləməyə qoşulur. Ehtimal var ki, bu işi görmək üçün Qazaxıstan hökuməti Hindistan şirkətlərindən birinə müraciət edib.

Ən son yazılan

XS
SM
MD
LG