Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

-

Bu il Cənubi Qafqazın 3 ölkəsinin (Azərbaycan, Ermənistan, Gürcüstan) təhlükəsizlik və müdafiə sektoru 29 hərbi qulluqçusunu itirib. Onların 11-i atəşkəs pozuntusu, 18-i qeyri-döyüş itkiləridir. «Xəzər» Hərbi Tədqiqatlar İnstitutu məlumatı Azərbaycan, Gürcüstan və Ermənistan KİV-də apardığı monitorinqin nəticələrinə əsaslanaraq yayıb.

AZƏRBAYCAN

Məlumatda deyilir ki, ötən dövrdə Azərbaycan 11 hərbçisini itirib. 7-i ölüm döyüş, 4-ü isə qeyri-döyüş şəraitində baş verib.

Silahlı Qüvvələrin 7 hərbi qulluqçusu cəbhə xəttində, Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzasında, bir əsgər xəstəlikdən, biri də bədbəxt hadisə nəticəsində vəfat edib. Bir nəfər əsgər isə yoldaşının açdığı atəş nəticəsində həlak olub. Onların 10-u Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.

Ötən dövrdə ümumilikdə 6 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 4 hərbçi (MN) erməni tərəfinin gülləsindən yaralanıb, bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb. Bir nəfər isə (Dövlət Təhlükəsizlik Xidməti) təlim zamanı qumbara partlaması nəticəsində yaralanıb.

ERMƏNİSTAN

2016-cı ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələrinin 16 hərbi qulluqçusunun vəfat etdiyi bildirilir. 4 nəfər Azərbaycan tərəfinin atəşindən, 4 nəfər isə avtomobil qəzasında ölüb. Bundan başqa, 6 nəfərin intihar etdiyi, 1 nəfər əsgəri isə yoldaşının qətlə yetirdiyi bildirilir. Bir nəfər də bədbəxt hadisə (elektrik cərəyanı) nəticəsində dünyadan köçüb. Onların 1-i zabit, 3-ü müqaviləli əsgər, 1-i çavuş, 11 nəfəri isə müddətli hərbi qulluqçu olub. Ölüm hadisənin 8-i Azərbaycanın Dağlıq Qarabağ ərazisində, 8-i isə Ermənistanın özündə baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında xəsarət alıb. İki əsgər cəbhə xəttində yaralanıb.

GÜRCÜSTAN

Gürcüstanın itkiləri 2 nəfərdir. İnstitut bildirir ki, Cənubi Qafqaz ölkələri arasında ən az sayda hərbi itki, əvvəlki illərdə olduğu kimi, Gürcüstan Silahlı Qüvvələrinə aiddir. Bu dövrdə Gürcüstan ordusunun iki hərbi qulluqçusu vəfat edib. Onlardan biri H1N1 virusundan, digəri bədbəxt hadisə nəticəsində dünyadan köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG