Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

►"2015-ci ildə Silahlı Qüvvələrdəki cinayətlər əsasən azalıb."

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin bildirdiyinə görə, hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz azalıb.

“Hərbidə rüşvət 71.5 faiz azalıb”

Hərbi prokuror deyir, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə cinayətləri 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb. O, ötən il bəzi növ cinayətlərdə cüzi artım olduğunu desə də, həmin cinayətlərin detallarına varmayıb.

Hərbi prokurorun bildirdiyinə görə, Silahlı Qüvvələrdə baş verən cinayətlərin açılma faizi artıb. “2015-ci ildə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb. Ən başlıcası, hərbi birləşmələrdə törədilmiş ağır və xüsusilə ağır cinayətlərin açılması tam təmin olunub” - X.Vəliyev deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG