Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:52

OPEC neftin qiymətinə dəyməyəcək


Neft
Neft

Neftin barrelinin qiyməti 30 dollara yaxınlaşmayınca, yaxud bir az da düşməyincə, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlığı Şurasındakı müttəfiqləri hasilatın indiki səviyyəsini saxlayacaq, bazarda istiqamətin formalaşmasını bazar qüvvələrinin öhdəsinə buraxacaq. Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

LƏNG VƏ AĞRILI PROSES

Təhlildə vurğulanır ki, OPEC-in digər üzvləri Körfəz ölkələrinə təzyiq göstərəcək ki, azından, hasilatın dondurulmasına razılaşsınlar. Amma razılaşmasız belə, OPEC-in əsas üzvləri de-fakto dondurulmanı saxlayacaq.

«Stratfor» bildirir ki, bazardakı qüvvələr neft bazarını tədricən korrektə edir, amma bu proses ləng gedəcək və hasilatçılardan ötrü ağrılı olacaq.

Artıq iki ildən çoxdur neftin qiyməti təhlükəli həddə düşüb. Bu səbəbdən neft kartelinə daha qətiyyətli addım atmaqdan ötrü təzyiq göstərilir. Sentyabrda OPEC üzvləri Əlcəzairdə qeyri-rəsmi görüşə toplaşacaq. Bəzi üzvlər, şübhəsiz, hasilatın dondurulması çağırışını edəcək. OPEC-in iyun görüşündən bəri qiymət düşür, bu səbəbdən bu addım müdrik və vaxtında atılmış sayıla bilərdi. İyunun 8-dən avqustun 1-dək neft 21 faiz ucuzlaşıb, «Brent»in qiyməti 40.17 dollara düşüb. OPEC sentyabrın 26-28-də Əlcəzairdə görüşəcəyini elan edəndən qiymətlər sadəcə, bu xəbərə görə yüksəlməyə başlayıb.

Buna da bax - Azərbaycan neft-qazdan 121 milyard qazanıb

DE-FAKTO DONDURULMA QÜVVƏDƏDİR

Amma mərkəz hasilatın dondurulmasından ötrü siyasi iradəni səfərbər etməyin çətin olacağını vurğulayır. Heç apreldə də OPEC-lə qeyri-OPEC üzvləri razılığa gələ bilmədilər. Səudiyyə İranın da razılaşmaya qoşulmasına israr edirdi. İransa imtina etdi, hasilatı sanksiyalardan öncəki həddə çatdıracağını dedi.

«Hasilatın dondurulması böhran halında enerjinin qiymətini yüksəltməyin bir yoludur. İndiki reallıq odur ki, de-fakto dondurulma qüvvədədir. Körfəzin əsas hasilatçıları olan Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri bazardakı paylarını artıra bilərlər. Amma buna getmir, indiki səviyyəni saxlayırlar».

XƏMİR HƏLƏ ÇOX SU APARACAQ

«Stratfor» vurğulayır ki, neft hasilatçılarından ötrü acı reallıq bazarın dirçəlişinin ağrılı və ləng getməsidir. Bütün əlamətlər dirçəlişin gerçəkləşdiyini göstərir. İranın hasilatı sanksiyalardan əvvəlki həddə yaxınlaşır, ABŞ-da hasilat elə qiymətlərə görə azaldılıb. ABŞ istehsalçılarının tədbirləri qısa müddətə neftin barrelini 50-60 dollar səviyyəsində saxlayacaq.

Hətta sanksiyalar qaldırılandan sonra hasilatı necə artırmasıyla öyünən İran da tempi səngidib. İlin ilk dörd ayında hasilat günə 640 min barrel artırdı, sonradan gündəlik artım 50 min barrelə düşdü. İrana indi yeni investisiya və inkişaf gərəkir ki, buna da illər lazımdır.

Təhlildə qeyd olunur ki, hamı OPEC-dən hansısa formada dondurulma qərarını gözlərkən, kartelin kiçik üzvləri – Liviya, İraq və Nigeriya hasilata daha çox qatqı verəcəklər. Təhlükəsizlik məsələləri, infrastruktura ziyanla bağlı çətinliklərə baxmayaraq, bu ölkələrin digər hasilat mənbələri də var. Liviya və Nigeriya hasilat səviyyəsini geri qaytarmağa can atırlar. Bu proses də neft bazarında onsuz da ləng gedən dirçəlişi əngəlləyəcək.

Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?

Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG